Teatr və kinoteatrlara qoyulan məhdudiyyət aradan qaldırıla bilər

O bildirib ki, teatr və kinoteatrlara qoyulan məhdudiyyət vaksinasiyadan sonra götürüləcək

Source:

Şahmar Mövsümov: "Teatrlara və kinoteatrlara qoyulan məhdudiyyət vaksinasiyadan sonra götürüləcək"

Pandemiya ilə əlaqədar teatr və kinoteatrlara qoyulan məhdudiyyət aradan qaldırılır.

Bu barədə məlumatı Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, teatr və kinoteatrlara qoyulan məhdudiyyət vaksinasiyadan sonra götürüləcək: “Növbəti mərhələdə hazırda məhdudiyyəti olan teatr, kinoteatrların açılması vaksinasiya tələb ilə həyata keçiriləcək”.

Pandemiya ilə bağlı karantin rejimi ayrı-ayrı sahələrdə yumşaldılsa da, teatrlar ötən ilin mart ayından fəaliyyətini virtual davam etdirir.

Kinoteatrlar isə film nümayişlərini tamamilə dayandırıb.

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yalnız muzeylər və sərgi salonlarının işləməyinə icazə verilib.

Ana səhifəMədəniyyətTeatr və kinoteatrlara qoyulan məhdudiyyət aradan qaldırıla bilər