QHT Agentliyinin icraçı direktorunun istefa verdiyi bildirilir

Bu gün keçiriləcək iclasın qalmaqallı olacağı barədə informasiyalar yayılıb

Source: Specify Source

Fuad Dərgahlı: "Bu barədə danışmaq istəmirəm"

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Fuad Dərgahlının istefa verdiyi barədə məlumat yayılıb.


Məlumatı ilk dəfə "xeberinfo.de" agentliyə istinadən



yayıb



.

Sayt məlumatın konkret kimdən aldığını yazmayıb.

Fuad Dərgahlı istefası ilə bağlı məlumatı Meydan.TV-yə şərh etmək istəməyib: "Mən bu barədə danışmaq istəmirəm, agentliklə əlaqə saxlayıb öyrənin".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin digər əməkdaşı Elməddin Behbud da məlumatı nə təsdiq, nə də təkzib edib.

O deyib ki, QHT Şurası ləğv olunandan sonra hələ ki rəsmi əməkdaş deyil: "Aparat bu günlərdə formalaşmalıdır. Ona görə mən münasibət bildirmək səlahiyyətində deyiləm, həm də informasiyam yoxdur. Əks-təqdirdə münasibət bildirərdim".

Məlumata görə, Fuad Dərgahlının istefasına səbəb Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevlə müavini, Prezident Adminstrasiyasının əməkdaşı Vüsal Quliyev arasında işçi heyəti ilə bağlı yaranan qarşıdurmadır.

Bildirilir ki, Vüsal Quliyev köhnə heyətin qalmasını istəmir, çünki indiyə qədər olan neqativ hallarda onların adı hallanıb.

"Onlar obyektiv görünmək naminə yeni heyət formalaşdırmaq istəyirlər. Azay Quliyev isə köhnə heyətin qalmasında maraqlıdır", – məlumatda belə qeyd olunur.

Məlumata görə, Vüsal Quliyevin təkidi ilə icraçı direktor təyin olunan Fuad Dərgahlı yaranmış qeyri-müəyyən nəticəsində 2 həftə öncə istefa verib.

Qeyd olunur ki, Azay Quliyev və Vüsal Quliyev məlumatın ictimailəşdirilməsinin qarşısını alıblar: "Agentlikdə hazırda vəziyyət belədir: ştatda olanlar kənarda qalıb, statdankənarlar işə götürülür".

"

Arqument.az

" yazır ki, Vüsal Quliyev də öz adamlarını işə götürür, hətta Müşahidə Şurasında da bu məsələnin müzakirə ediləcəyi gözlənilir: "Hazırda onun 3 yaxın adamının – Nigar Ağakişiyeva, Həsən Səmədov və Nigar Ağakişiyevanın rəfiqəsi Xatirə Bəşirovanın Agentlikdə işə təsdiqlənəcəyi gözlənilir".

Bu gün keçiriləcək iclasın qalmaqallı olacağı barədə informasiyalar yayılıb: "Çünki Azay Quliyevin yaxın qohumları, bacısının kürəkəni Rövşən Həmidov, digər yaxın qohumu Şahin Məhərrəmli və Bəhram adlı şəxsin sentyabrın 16-da keçiriləcək iclasda təsdiq olunacağı bildirilir".

Meydan TV Azay Quliyev və Vüsal Quliyevlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib.

Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı

fərman

a əsasən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib.

Qurumun bazası əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Bildirilir ki, yeni Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşacaq. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Üzvlərdən 8-i qeyri-hökumət təşkilatlarının, digər 3-ü isə dövlət orqanlarının nümayəndələrindən təyin ediləcək.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək. Qurumun saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

Ana səhifəSiyasətQHT Agentliyinin icraçı direktorunun istefa verdiyi bildirilir