Nazir “Bakılı oğlanlar”dan birinə vəzifə verdi

O, “Парни из Баку” (“Bakılı oğlanlar”) komandasının yaradıcılarındandır.

Source: Specify Source


Cavid İmamverdiyev Akademik Musiqili Teatrının baş rejissoru təyin edilib

“Bakılı oğlanlar” komandasının yaradıcılarından olan rejissor Cavid İmamverdiyev yeni vəzifəyə təyin olunub.

O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə gətirilib.

Bu haqda məlumatı Akademik Musiqili Teatrı yayıb.

Bildirilib ki, pandemiya dönəmində teatrların fəaliyyəti məhdudlaşdırılsa da, kollektiv bir sıra yeni layihələr üzərində işləyib.

Cavid İmamverdiyev 1972-ci ildə Bakıda doğulub.

1994-cü ildə Bakı Dövlət Universitetinin “Filologiya” fakultəsini, daha sonra Moskvada ali rejissor kursunu bitirib.

O, “Парни из Баку” (“Bakılı oğlanlar”) komandasının yaradıcılarındandır.

2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb.

Akademik Rus Dram Teatrının səhnəsində tamaşaya quruluş verib.

Eyni zamanda, bu teatrda hazırlanan tamaşalarda videoinstalyasiya rejissoru kimi çalışıb.

1997-ci ildən Bakı Müəllif Mahnıları Klubunun Prezidentidir. 2007-ci ildən Bakı Beynəlxalq Müəllif Mahnıları və Poeziya Festivalının təşkilatçısıdır.

Ana səhifəMədəniyyətNazir “Bakılı oğlanlar”dan birinə vəzifə verdi