Müdafiə Nazirliyi

Источник: Müdafiə Nazirliyi

Başlıq: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi: Azərbaycan əraziləri atəşə tutulub

“Həlak olan və yaralanan yoxdur, vəziyyət sabitdir və əməliyyat şəraiti nəzarət altındadır”

İyunun 11-də Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini gün ərzində iki dəfə atəşə tutması haqda məlumat yayıb.

Nazirlik bildirir ki, axşamçağı saat 5 tamamdan 6-nın yarısınadək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətindəki Azərbaycan ordusunun mövqelərinə atəş açıblar.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”.

Müdafiə Nazirliyinin digər məlumatında isə bildirilir ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində də Azərbaycan mövqelərini atəşə tutub.

Məlumata görə, iyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan mütəmadi atəşə tutublar.

“Həlak olan və yaralanan yoxdur, vəziyyət sabitdir və əməliyyat şəraiti nəzarət altındadır”.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan tərəfin yaydığı məlumatı təkzib edib.

Nazirlik Azərbaycan tərəfin Geqarkun vilayətinin Kut kəndi yaxınlığında mühəndis işləri görməyə çalışdıqlarını, amma əks cavabdan sonra işə son verildiyini bildirib.

İyunun 10-da da Ermənistan və Azərbaycan tərəfləri Kəlbəcər istiqamətində atışma olması haqda məlumat yaymışdılar.

Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.

Mayın 12-də Ermənistan tərəf açıqlama verərək bildirirdi ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan Ermənistanın bu iddiasını təkzib etmişdi.

Həmin zaman Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı atəşkəsi pozmaqda günahlandırmışdı. Hətta Ermənistan iki hərbi qulluqçusunun həlak olduğunu da açıqlamışdı. Azərbaycan isə silahdan istifadə etmədiyini, ümumiyyətlə, atəş açmadığını bildirmişdi.

Mayın 28-də isə Azərbaycan tərəf açıqlama yaymışdı ki, Ermənistanın açdığı atəş nəticəsində Naxçıvanda bir hərbi qulluqçu yaralanıb. Bu məlumatı isə Ermənistan Müdafiə Nazirliyi təkzib etmişdi.

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Həmin məlumatda bildirilirdi ki, 40-a yaxın erməni hərbçisi Kəlbəcərin Armudlu kəndi tərəfdən 400 metr Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ərazidən çıxarılıb. Bu zaman silahdan istifadə edilməyib”.

Bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyi "Azərbaycan tərəfi dezinformasiya yayır" deyərək məlumatı təkzib edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/jn6smp

Самое читаемое