Источник: Meydan Tv

Məhkəmə vəkili də, tərəfləri də cərimələyə biləcək

Статья обновлена:  9 Июль 2021

Qalmaqallı qanun layihəsi III oxunuşda təsdiqləndi

Məhkəməyə dəfələrlə əsassız vəsatət, şikayət verən vəkili və tərəfləri 500 manatadək cərimələmək hüququ nəzərdə tutan qanun layihəsi Milli Məclisin iyulun 9-da keçirilən iclasında III oxunuşda təsdiq edilib.

Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddəyə əsasən, məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.

Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Qanun layihəsi I oxunuşda aşağıdakı variantda təklif edilmişdi:

“Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər”.

Vəkilin vəsatət və şikayət verməyə görə cərimələnməsini nəzərdə tutan bu dəyişikliyə vəkillər və hüquqşünaslarla yanaşı ictimaiyyət nümayəndələri tərəfindən də çoxsaylı etirazlar bildirildi.

II oxunuşda layhənin mətni yuxarıda qeyd edilən formada dəyişdirildi.

Mülki-prosessual qanunvericiliyə ümumilikdə 60-dək dəyişiklik nəzərdə tutulub.

Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, icrada dönüş institutunun yaradılması ilə əlaqədardır.

Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Layihədə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  9 Июль 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/z9q25x

Самое читаемое