Kamran Əliyev və Eldəniz Səlimov

Источник: Meydan.TV

Başlıq: Kamran Əliyev və Eldəniz Səlimov

Baş prokuror deputatla bağlı Milli Məclisə təqdimat göndərib

Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi istənilir

Xaçmaz rayonunda yerləşən “Starıy dvor” restoranında polis əməkdaşını vurduğu iddia olunan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş prokuror Kamran Əliyev Milli Məclisə təqdimat göndərib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, avqustun 2-də Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək. İclasda Eldəniz Səlimovla bağlı məsələ, o cümlədən Baş prokurorun onunla bağlı təqdimatı müzakirə olunacaq. Müzakirələrin yekunu olaraq, komissiya rəy verəcək.

Bir gün sonra – avqustun 3-nə isə Milli Məclisin növbədənkənar iclası çağrılıb. Həmin iclasda Milli Məclis deputatın toxunulmazlığını ləğv edib-etməmək qərarını verməlidir.

Xaçmaz rayonunda yerləşən “Starıy dvor” restoranında deputat Eldəniz Səlomovun polisi vurması iddialarıyla əlaqəlar cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, deputatın restoranda iyulun 29-da gecə saat 01 radələrində xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən Baş Prokurorluğa material daxil olub. Həmin material araşdırılıb və Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

“İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - Baş Prokurorluqdan bildirilib.

Daxili İşlər Nazirliyi deputatın vurduğu iddia olunan polis əməkdaşının kimliyini də açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, deputat Eldəniz Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Nazirlik iddia edir ki, hadisə zamanı deputat sərxoş vəziyyətdə olub. Millət vəkilinin həmçinin karantin rejimi qaydalarını pozduğu iddia olunur.

Yayılan məlumatlarda o da qeyd olunur ki, hadisənin baş verdiyi restoran deputatın qohumuna məxsusdur: “Gecə saat 12-dən sonra polis əməkdaşları karantin rejimi qaydalarına uyğun olaraq, obyektin bağlanmasını tələb edib. Eldəniz Səlimov buna etiraz edərək, münaqişə yaradıb”.

Baş verənlərlə bağlı Eldəniz Səlimovun mövqeyi məlum deyil.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. O, hazırda 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/wtsxxk

Самое читаемое