Beynəlxalq Cinayət Məhkəməsi

Источник: https://correct.az/

Başlıq: Beynəlxalq Cinayət Məhkəməsi

Azərbaycan Ermənistanı Beynəlxalq Məhkəməyə verib

Статья обновлена:  27 Сентябрь 2021

Məhkəmə Azərbaycanın iddiasını qəbul edib

Azərbaycan Ermənistana qarşı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.

İddiada Ermənistanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya"nın sistematik pozduğu qeyd olunub.

"Turan.az" Beynəlxalq Cinayət Məhkəməsinin saytına istinadən bu barədə məlumat yayıb.

İddiada göstərilir ki, Ermənistan milli və ya etnik mənşə zəminində azərbaycanlılara qarşı diskriminasiya hərəkətlərində iştirak edib və bunu davam etdirir.

"Ermənistanın etnik təmizləmə ilə bağlı siyasəti və hərəkəti, azərbaycanlılara qarşı nifrətin qızışdırılması sistematik xarakter daşıyır və Birləşmiş Millətlər Təşkilatının müvafiq Konvensiyasının pozulmasıdır", - iddiada deyilir.

Bildirilib ki, Ermənistan Konvensiyanın pozulmasına görə məsuliyyət daşıdığından Azərbaycana və azərbaycan xalqına dəyən zərərin əvəzini ödəməlidir.

Həmçinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bu iddia üzrə qərarı qəbul edilənədək Ermənistana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi tələb olunur.

Dövlət başçısı İlham Əliyev sentyabrın 23-də Baş Assambleyanın sessiyasındakı çıxışında bu məsələyə bir daha toxunub.

İ.Əliyev bildirib ki, Ermənistanın hərbi cinayətlərinin bütün faktları sənədləşdirilib və Azərbaycan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi addımlar atacaq: "İşğal dövründə Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə hüquqi təşkilatların işi başa çatmaq üzrədir".

Sentyabrın 16-da isə Ermənistan Azərbaycana qarşı analoji iddia qaldırıb.

Ermənistanın iddiasında deyilir ki, Azərbaycan onilliklər ərzində erməniləri etnik diskriminasiyaya məruz qoyub.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  27 Сентябрь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/okyrqk

Самое читаемое