Source: Azərtac

Viken Abraham: Qarabağda döyüşməmişəm, zorla müharibəyə aparıblar

“Şuşaya otelə paltarları götürməyə gələndə Azərbaycan ordusunun əsgərləri bizi saxladı”

Bakıda mühakimə olunan erməni əsilli Livan vətəndaşı Eulcekcian Viken Abrahamın məhkəməsi iyunun 11-də davam etdirilib. Onun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Mühakimə prosesi isə Yasamal Rayon Məhkəməsininin binasında gedir.

Dövlət ittihamçısı ötən məhkəmə iclasında 1979-cu il təvəllüdlü Viken Abrahamın Cinayət Məcəlləsinin 114.3 (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1 (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələrilə təqsirli bilinməsini, ona 20 il həbs cəzası verilməsini istəmişdi.

İyunun 11-də məhkəmədə onun vəkili çıxış edərək, bəraət kökmü çıxarılmasını istəyib. Vəkil xatırladıb ki, Azərbaycan 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasını ratifikasiya edib. Orada hərbi əsir anlayışı var. Viken Abraham da hərbi əsirdir və o, ittihamları qəbul eləmir, təqsirsiz olduğunu bildirir.

Videk Abraham özü də vəkilin çıxışından sonra son sözündə ittihamların əsassız olduğunu, Qarabağda pul müqabilində döyüşmədiyini bildirib. Onun istintaqa ifadəsində isə Qarabağda 2500 dollar müqabilində döyüşməsi haqda etiraflar yer alıb. Deyir ki, həmin video-ifadəni təzyiq altında verib: “Mən döyüşməmişəm. Məni yolda saxlayıb zorla müharibəyə aparmışdılar. Üç gün Martuni istiqamətində oldum, orda da döyüşməmişəm, qaçmışam. Ayın 10-da müharibənin qurtardığını biləndə Maralla (qeyri-rəsmi nikahda yaşadığı Maral Nazaryan) Şuşaya otelə paltarları götürməyə gələndə Azərbaycan ordusunun əsgərləri bizi saxladı”.

Maral Nazaryan bu ilin martında azad edilib və onun hazırda Livana qayıtdığı bildirilir.

O, istintaqa ifadəsində isə Videk Abrahamın 2500 dollar müqabilində Livandan Qarabağa döyüşməyə gəldiyini deyib.

Abraham isə son sözündə bu ifadənin yalan olduğunu bildirib: “Maralın ifadəsində dedikləri yalandır. O, mənimlə üzləşdirilsəydi, heç vaxt elə deməzdi”.

Prokuror isə bildirib ki, Viken Abrahamın Qarabağda döyüşdüyü onun telefonundan çıxan videogörüntülər, fotoşəkillərlə sübuta yetirilib.

Hakimlər bu iş üzrə hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökm iyunun 14-də elan olunacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/jt7kv7

Most Viewed