Uşaq və qadın hüquqlarını “qoruyanlar”

“Ağ gəlinlikdə getdiyin evdən ağ kəfəndə çıxmalısan” (bəzi valideynlərin qızlarına tövsiyəsi)

Mənbə: Meydan TV



“Ağ gəlinlikdə getdiyin evdən ağ kəfəndə çıxmalısan” (bəzi valideynlərin qızlarına tövsiyəsi)

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanan qurum var. Hansı işləri görməli olduğu adından bəllidir. Görürmü?

Bir neçə gündür ki, azyaşlı qıza qarşı törədilən cinayətlə bağlı sosial şəbəkələrdə müzakirələr gedir. Gənc fəal Sənay Yağmur ötən ilin avqustunda cinsi zorakılıqla üzləşməsi ilə bağlı “Facebook” sosial şəbəkəsində açıqlama yayıb. Onun ardınca Sənayın anası Zümrüd Yağmur da qızıyla bağlı baş verənlər, keçən bir il ərzində atdıqları addımlar barədə canlı yayımla cəmiyyətə məlumat verib. Hadisənin baş verməsindən bir ildən də çox keçməsinə baxmayaraq, nə hüquq-mühafizə orqanları, nə məhkəmələr azyaşlıya qarşı edilmiş bu cinayət işinə qiymət verməkdə maraqlı görünür. Təcavüzü görməzdən gəlib “əxlaq polisi” rolunda çıxış edənlər də cəmiyyətin hansı durumda olmasının göstəricisidir. Bunlar bir yana, birbaşa vəzifəsi bunuaraşdırmaq, dövlət qurumları qarşısında məsələ qaldırmaq olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səsi eşidilmir; qadın və uşaqlarla bağlı bundan qabaq baş verən hadisələrdə olduğu kimi…

Hər hansı dövlət qurumu yaradılanda onun Əsasnaməsi olur və orada həmin təşkilatın fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları sadalanır. Bu qurumun Əsasnaməsinin “Komitənin vəzifələri” bölməsində yazılıb:


“8.1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;


8.18. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək”.

Cinayətdən keçən bir ili kənara qoyaq, ola bilsin, ailə kimi bu qurumda zamanı gözləyib, bəs məsələ ictimailəşəndən sonra komitənin niyə səsi çıxmır, açıqlama vermir, vəzifə borcunu yerinə yetirmir?

2006-cı ildə yaradılan bu quruma elə həmin il fevralın 6-da prezident sərəncamıyla Hicran Hüseynova sədr təyin olunub. H.Hüseynova düz 14 il komitəyə rəhbərlik etsə də, başçısı olduğu qurumun işi nəzərə çarpmayıb. Ancaq vəzifədən çıxarılandan sonra ona deputat mandatı veriblər, üstəlik, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinə sədr qoyublar… Yəni 14 il məsul olduğu, yarıtmadığı işi indi parlamentdə davam etdirir. Onun dövründə də, elə indi də zorakılığa məruz qalan qadınlarla, əməyi istismar olunan uşaqlarlabağlı məlumatları daha çox başqalarından eşitmişik, ictimai fəallardan, sosial şəbəkələrdən almışıq, qurbanların yanında daha çox bəzi qeyri-hökumət təşkilatlarını, ayrı-ayrı vətəndaşları görmüşük.Baxmayaraq ki, hər il dövlət büdcəsindən bu quruma yetərincə vəsait ayrılıb. Son 10 ildə bu rəqəm

31 milyon 764


min


925


manat

olub. İllər üzrə bu komitəyə ayrılan vəsaitin bölgüsü belədir:

89FFD321-1407-405E-ADE8-7D63EFCA8335.jpeg
Cədvəl

Bundan başqa, büdcənin “sosial təminat” bölməsi üzrə 2020-ci ildə komitəyə 763 min 770 manat, 2021-ci ildə isə 434 min 285 manat ayrıldığı göstərilir.

Komitənin saytında yerləşdirilən hesabatlardan da göründüyü kimi, bu vəsaitlər daha çox ayrı-ayrı tədbirlərin (bəzən dəxli olmayan) keçirilməsinə xərclənib. Maraqlıdır ki, komitənin saytında son 6 ilin – 2015-2020 – hesabatları var. O hesabatlarda da zorakılıq qurbanları ilə bağlı hər hansı statistik məlumat yoxdur. Məsələn, 2019-cu ilin hesabatından bir nümunə:

“Cari il ərzində Komitənin fəaliyyəti ilə əlaqədar “Azərbaycan”, “Yeni Azərbaycan”, “Kaspi” (Azərbaycan və rus dillərində), “Respublika”, “İki sahil”, “Səs” və digər qəzetlərdə Beynəlxalq Qadınlar Günü, Komitənin 13 illik fəaliyyəti, Beynəlxalq Ailə Günü, Uşaqların Müdafiəsi Günü, Məişət zorakılığı, narkomaniyanın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, görkəmli şəxslər (Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirələrinə həsr olunmuş, görkəmli şərqşünas alim Aida İmanquliyevanın, Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş) və digər mövzularda Azərbaycan, ingilis və rus dillərində məqalələr nəşr edilmişdir”.

Çox ciddi fəaliyyətdir…

Yaxud 2015-ci il hesabatında komitə sədri Hicran Hüseynovanın və onun müavini Sədaqət Qəhrəmanovanın (komitə yaranandan müavin postunu tutur) il ərzində kimlərlə görüşdüyü sadalanır. Yeri gəlmişkən, burada ayrı-seçkiliyə yol verilib, başqa bir müavin Aynur Sofiyevanın (2007-ci ildən müavindir) görüşləri barədə heç bir məlumat yoxdur.

Bundan başqa, 2015-ci il ərzində komitənin cap etdirdiyi 10 materialın (toplu, baner, buklet, kitabça və s.) adı sadalanır, onların içərisində zorakılıqla üzləşənlərlə bağlı material

yoxdur

.

Komitənin

“Ailə Qadın Uşaq”

jurnalının 23-cü sayında, demək olar, bütünlüklə bir ailə təbliğ olunub. Görünür, komitənin adındakı “Ailə” sözünü bunlar yanlış anlayıblar. Əslində, jurnal guya AXC-nin 100 illiyinə həsr olunub. Həmin jurnaldan bir sitat:

“1918-ci ildə Xalq Cümhuriyyəti yarandıqdan sonra əldə edilmiş qadın hüquqlarının müdafiəsinin dövlət səviyyəsinə qaldırılması, dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır”.

Görməli olduğu işi görməməyin, büdcə vəsaitini başqa istiqamətlərə xərcləməyin nəticəsidir ki, məişət zorakılığı, qadın qətli, qadın və uşaq intiharı halları ildən-ilə artır, artmaqda davam edir.

2020-ci ildə 40 qadın öldürülüb. Bu ilin 6 ayında 33 qadın zorakılığın qurbanı olub. Pərvanə, Nuranə, Fəridə, Xanım, Nailə, Sahilə, Təranə, Röyalə, İnci, Röya, Elnarə… siyahı bitmir, hər gün bu adlara yeniləri əlavə olunur…

C190E9C8-E746-48F5-9188-A2353DBEE138.jpeg
Jurnaldan parça
8D07120B-E618-4ABE-B33F-BE70A9C23F61.jpeg
Jurnaldan parça
Ana səhifəXəbərlərUşaq və qadın hüquqlarını “qoruyanlar”