Müdafiə Nazirliyi: Ermənilərin kəşfiyyat PUA-sı ələ keçirilib

Ermənistan tərəf bu xəbərə hələ ki münasibət bildirməyib.

Source: Specify Source


PUA-nın Füzuli istiqamətində ələ keçirildiyi bildirilir

"Qarabağda qanunsuz erməni silahlı qüvvvələrinə məxsus PUA ələ keçirilib".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 14-də məlumat

yayıb

.

Nazirlik qeyd edib ki, Füzuli istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter vaxtında aşkar edilərək ələ keçirilib.

Ermənistan tərəf bu xəbərə hələ ki münasibət bildirməyib.

Son bir neçə gündə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə gərginlik yaşanır.

Oktyabrın 13-də Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlı dəstələrinin Azərbaycan mülki avtomobilinin atəşə tutulduğunu bildirsə də, qarşı tərəf məlumatı təkzib edib.

Ermənistanın informasiya vasitələri "Dağlıq Qarabağ müdafiə ordusu mətbuat xidmətinə" istinadən bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbər tamamilə dezinformasiyadır: "Bu bölgədə süni gərginlik yaratmaqdan başqa, həmçinin Rusiya sülhməramlı missiyasını bədnam etmək məqsədi güdür".

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 13-də

bildirib

ki, saat 14:00-da Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına erməni silahlı dəstələri tərəfindən atəş açılıb: "Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb".

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ermənilərin kəşfiyyat PUA-sı ələ keçirilib