Mənbə: https://nl.mashable.com/

UNİCEF: Dünyada hər 10 uşaqdan biri əməklə məşğuldur

Təşkilat hesabat yayıb

“Son 20 ildə dünyada uşaq əməyinin istismarı halları artıb. Dünyada hər 10 uşaqdan biri əməklə məşğuldur və ya buna məcburdur”.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin uşaq agentliyi olan UNICEF-in birgə hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, ən çox Afrika ölkələrində uşaq əməyindən istifadə edilir. Burada əhali artımı, böhranlar və yoxsulluq 2016-cı ildəki 152 milyon uşaq işçilərin sayını 160 milyona qaldırıb.

“Uşaq əməyinə qarşı mübarizədə geriləyirik və keçən il bu mübarizəni heç də asanlaşdırmadı”, - UNICEF-in icraçı direktoru Henrietta Fore 12 iyun Dünya Uşaq Əməyinə Qarşı Gün ərəfəsində belə deyib. O bildirib ki, hazırda bütün dünyada qlobal lokdounlar, məktəblərin bağlanmasının, iqtisadi pozuntuların və daralan milli büdcələrin ikinci ilində də ailələr ürək parçalayan seçimlər etmək məcburiyyətində qalıb.

Bir tədbir görülməyəcəyi təqdirdə 2022-ci ilin sonunadək işləyən uşaqların sayının 206 milyona çatacağı gözlənilir.

Dörd ildən bir dərc olunan hesabatda işləyən uşaqların 70 faizinin kənd təsərrüfatı sektorunda çalışdığı bildirilir. Dünya üzrə işləyən uşaqların yarıdan çoxu 5-11 yaşlılardır.

“Uşaqların gələcək nəslinə risklər var və biz bunun qarşısında sakit dayana bilmərik. Yenilənmiş öhdəlik və enerji, kritik durumdan çıxmaq, yoxsulluq və uşaq əməyi siklini qırmaq lazımdır”, – BƏT-in Baş direktoru Qay Rayder deyib.

Hesabat müəllifləri isə bildirirlər ki, bu da onlara fiziki və zehni risk yaradır. Çünki uşaqların üçdə birinə düşən həftəlik iş saatı məktəbə getmələrinə imkan vermir.

Daha bir narahatedici hal isə təhlükəli işdə çalışan 5-17 yaşlı uşaqların sayının artması ilə bağlıdır. Onların sayı 6.5 milyon artaraq 79 milyona çatıb.

Məruzənin müəlliflərindən biri və UNICEF-in baş məsləhətçisi Claudia Cappa bildirib ki, hesablamaların çoxu pandemiyadan əvvəl aparılıb. COVID-19-un indiki təsirlərinə baxanda bu onlara əlavə narahatlıq səbəbləri verir.

Cappa ümumdünya uşaq qrantları kimi yumşaldıcı tədbirlərlə uşaq işçilərinin sayının 15 milyona düşə biləcəyini və minimum məşğulluq yaşına qədər pulsuz və keyfiyyətli təhsil ala biləcəklərini də söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hg15q5

Ən çox baxılan