“Şərait bəzən məcbur edir ki, sən bir neçə yerdə işləyəsən”

“Şərait bəzən məcbur edir ki, sən bir neçə yerdə işləyəsən”

Elgün Həmidov həm Yuğ, həm də Kukla teatrının aktyorudur. O, eyni zamanda müstəqil teatrlarla da əməkdaşlıq edir. Deyir, indi pandemiya ucbatından, bir ildən çoxdur səhnədən uzaq düşüb. Aktyorun fikrincə, pandemiyanın müsbət tərəfləri də var.

Sinxron. ¨Bir ildir ki, artıq biz tamaşaçı kimi oturub baxırıq. Mən indi oturub, bir ildir, özümə daha yaxşı baxa bilirəm¨,-aktyor deyir.

Elgün Həmidov hesab edir ki, pandemiya dövründə aktyorların seriallara çəkilməsi maddi baxımdan zəruridir. O deyir ki, dövlət teatrlarında maaşları verilsə də, ümumi fəaliyyətdə ləngimə var. Bu da passivliyə gətirib çıxarır.

Sinxron. “Yox olmaz, işləmək lazımdır, getmək lazımdır. Yerində dayanmaq, durmaq olmaz. Amma yenə də görürsən ki, əvvəlkinə baxanda passivlik yaranıb´´,-aktyor deyir.

Elgün Həmidova görə, hər bir səhnə adamının araşdırmağa, oxumağa, öz bədən dili ilə məşğul olmağa zamanı olmalıdır. Ancaq şərait və imkan bəzən məcbur edir ki, aktyor bir neçə yerdə işləsin.

Sinxron. “Aktyor, əlbəttə, istəyər ki, otursun bir teatrda işləsin, araşdırsın, özü ilə məşğul olsun. Eyni zamanda gördüyün işin keyfiyyətini də düşünməlisən də. Birinci növbədə keyfiyyətdir, kəmiyyət deyil. Ancaq biz daha çox kəmiyyətlə məşğul oluruq bir çox işlərdə”

Müsahib müstəqil teatrlara da, xüsusilə, pandemiya zamanı dəstəyin vacib olduğunu bildirir.

Sinxron. ¨Qaldı ki, müstəqil teatrların məsələsinə. Təbii ki, əgər bir teatr hansısa məkanı alıb ya götürübsə, bunun arendası var, işıq-qaz kommunal məsələləri var və üstəlik, işçiləri var¨,-müsahib deyir.

Elgün Həmidov deyir ki, sənət adamlarının özlərini realizə etmələri üçün şərait çətindir. Aktyor işini keyfiyyətli görməli, paralel olaraq da, ona kənardan həm mənəvi, həm maddi dəyər verilməlidir.

Sinxron. “Tutalım da, həyat məsələləri, maddiyyat məsələləri. Onlar mane olanda, məcbur qalırsan, o tərəfi də paralel aparmağa. Bizdə bəli peşəkar insanlar var. Aktyorlar, rejissorlar, sənət adamları var. Amma onların bir araya toplaşıb işləməkləri çətindir. Onların özlərini realizə etməkləri üçün şərait çətindir. Təsəvvür edirsiz, maddiyyat azdır, material azdır, üstəlik, vaxt da yoxdur. Burda axı hansı böyük bir işdən danışmaq olar?”

Aktyor tezliklə pandemiyanın bitməsini, əvvəlki həyat tərzinə qayıtmağı gözləyir. O qeyd edir ki, hansı çətinliklər olursa-olsun, bir yolu tutmusansa, səbrlə getməlisən.

Ana səhifəVideo“Şərait bəzən məcbur edir ki, sən bir neçə yerdə işləyəsən”