Sayt rəhbəri hədə-qorxu gəlməkdə təqsirləndirilir

Sayt rəhbərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Source: Specify Source


Mahir Xəttab saxlanılıb

"Azadinfo.az saytının rəhbəri Mahir Xəttab sentyabrın 9-da axşam saatlarında saxlanılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilir. Sayt rəhbərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Mahir Xəttabın saxlanmasını Baş Prokurorluğun mətbuat xidmətindən də Meydan TV-yə təsdiqləyiblər. Prokurorluqdan bildirilib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Ana səhifəSiyasətSayt rəhbəri hədə-qorxu gəlməkdə təqsirləndirilir