Nadir Qafarzadə: Borc içində üzürük

O bildirib ki, pandemiya dövründə toylar olmadığı üçün ifaçı və musiqiçilər maddi problemlərlə üzləşib

Source: Specify Source


Müğənni toy qiymətlərində endirim etməyəcəyini deyir

“Borc içində üzürük. Pandemiya vaxtı çox çətinlik çəkdik”.

Bunu Meydan Tv-yə müğənni Nadir Qafarzadə deyib.

O bildirib ki, pandemiya dövründə toylar olmadığı üçün ifaçı və musiqiçilər maddi problemlərlə üzləşib: "İndi işlər yavaş-yavaş yoluna düşür. Yeni mahnılar yazdırırıq, aldığımız borcları qaytarırıq. Necə deyərlər: “Aldım qoz, satdım qoz”".

Nadir Qafarzadə toy qiymətlərində endirim etməyəcək.

O deyir ki, əksinə, bəzi həmkarları toy qiymətlərini qaldırıb: “Sözüm yanlış anlaşılmasın, bizi imkanlı adamlar toyuna çağırır, restoran da bahalı olur. Biz gedib heç kimin cibinə girmirik ki, məni toya apar. Toylarına dəvət edirlər və istədiyimizi də verirlər. Deməli, biz ona layiqik”.

Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən müəyyən şərtlərlə Azərbaycanda şənlik mərasimlərinin – toy, nişan, ad günlərinin keçirilməsinə icazə verib.

Bir ildən çox idi ki, ölkədə şənlik mərasimlərinin keçirilməsi pandemiya səbəbilə qadağan edilmişdi.

Ana səhifəMədəniyyətNadir Qafarzadə: Borc içində üzürük