Mənbə: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi: Ermənilərin kəşfiyyat PUA-sı ələ keçirilib

PUA-nın Füzuli istiqamətində ələ keçirildiyi bildirilir

"Qarabağda qanunsuz erməni silahlı qüvvvələrinə məxsus PUA ələ keçirilib".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 14-də məlumat yayıb.

Nazirlik qeyd edib ki, Füzuli istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter vaxtında aşkar edilərək ələ keçirilib.

Ermənistan tərəf bu xəbərə hələ ki münasibət bildirməyib.

Son bir neçə gündə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə gərginlik yaşanır.

Oktyabrın 13-də Müdafiə Nazirliyi Qarabağdakı erməni silahlı dəstələrinin Azərbaycan mülki avtomobilinin atəşə tutulduğunu bildirsə də, qarşı tərəf məlumatı təkzib edib.

Ermənistanın informasiya vasitələri "Dağlıq Qarabağ müdafiə ordusu mətbuat xidmətinə" istinadən bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbər tamamilə dezinformasiyadır: "Bu bölgədə süni gərginlik yaratmaqdan başqa, həmçinin Rusiya sülhməramlı missiyasını bədnam etmək məqsədi güdür".

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 13-də bildirib ki, saat 14:00-da Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına erməni silahlı dəstələri tərəfindən atəş açılıb: "Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t1ghfs

Ən çox baxılan