Jan-Pol Belmondo

Mənbə: Reuters

Başlıq: Jan-Pol Belmondo

Makron: Jan-Pol Belmondo Fransanın milli sərvəti idi

Məqalə yeniləndi:  7 Sentyabr 2021

Aktyorla vida mərasimi təşkil olunub

Fransalı aktyor Jan-Pol Belmondo sentyabrın 9-da dəfn olunacaq.

Yelisey Sarayından verilən məlumata əsasən, mərhumla vida mərasimi həmin gün Parisdə yerləşən Əlillər Evində keçiriləcək.

88 yaşlı aktyorun ölüm səbəbi məlum deyil. Sentyabrın 6-da aktyorun vəkili onun vəfatı ilə bağlı məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makron aktyorun ölümü ilə əlaqədar başsağlığı verib. Siyasətçi mərhum aktyoru ölkənin milli sərvəti adlandırıb.

Jan-Pol Belmandonun kinoda debütü 1957-ci ildə olub. O, fransız kinosunda “yeni dalğa”nın manifesti hesab olunan “Son nəfəsdə” (1957) filmindəki Mişel Puakkar rolu ilə məşhurlaşıb. İlk filmlərində üsyankar gənc obrazı yaradıb. Sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırıb. Aktyor yüzdən çox filmə çəkilib.

Belmando 2001-ci ildə insult keçirib. Uzun fasilədən sonra 2008-ci ildən yenidən kinoya qayıdıb. 2015-ci ildə karyerasına son qoyduğunu deyən aktyor, sonradan yeni film təkliflərinə açıq olduğunu bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jxn15l

Ən çox baxılan