“İstəyim budur ki, Azərbaycanda küçə incəsənəti inkişaf etsin”

“İstəyim budur ki, Azərbaycanda küçə incəsənəti inkişaf etsin”

ADO Teatrının yaradıcısı Elmin Bədəlov iyulun 15-də “7-ci məkan adlı” küçə nümayişi göstərib.

Tamaşanın məqsədi Azərbaycanda küçə incəsənətinin inkişaf etdirilməsidir. İndividual performer hesab edir ki, dünyada incəsənətin inkişafi küçədən başlayıb. Azərbaycanda da ən qədim zamanlardan Kosa və Keçəl tamaşaları buna nümunədir.

Nümayişin sonunda Elmin Bədəlov saxlanılıb. Polislər tərəfindən 27-ci bölməyə aparılsa da, sonradan sərbəst buraxılıb.

İyulun 15-i həm ADO teatrının yaranma tarixi, həm də teatrın qurucusu Elmin Bədəlovun doğum günüdür.

ADO teatrı fəaliyyətinin 9-cu ilinə keçir. Teatr pandemiya və maddi çətinliklər səbəbindən öz məkanını itirib.

Ana səhifəVideo“İstəyim budur ki, Azərbaycanda küçə incəsənəti inkişaf etsin”