“İnanmayacaqsınız, bu gün Con Travoltanın özü bizi alqışladı”

Azərbaycanın xalq artistlərinin iştirakı ilə “Toska” operası nümayiş etdirilib

Source: a


Azərbaycanın xalq artistlərinin iştirakı ilə “Toska” operası nümayiş etdirilib

Budapeşt İncəsənət Sarayının səhnəsində opera sənətçiləri – Rusiyanın xalq artisti Anna Netrebko, Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin “Toska” operası nümayiş edilib.

Operanı izləməyə gələnlər arasında amerikalı aktyor Con Travolta da olub.

Bu haqda məlumatı Yusif Eyvazov “İnstagram” səhifəsində paylaşaraq, “İnanmayacaqsınız, bu gün Con Travoltanın özü bizi alqışladı“, – qeydini

yazıb.

Kadrlarda Con Travolta ifaçıların çıxışını bəyəndiyini deyib.

Ana səhifəMədəniyyət“İnanmayacaqsınız, bu gün Con Travoltanın özü bizi alqışladı”