İyulun 29-da MİQ (Müəllimlərin İşə Qəbulu) üçün imtahan verən ingilis dili müəllimləri Təhsil Nazirliyinin qarşısına toplaşıb.
Onlar iyulun 27-də işə qəbul olmaq üçün verdikləri imtahan şərtlərindən narazıdır. Müəllimlərin əsas tələbi vahid dərs vəsaitinin yaradılması, imtahan ballarının aşağı salınmasıdır. Onlar bildirir ki, imtahandakı suallarda səhvlər və oxşar cavablar olub.
Şikayətçilər əlavə edir ki, onlara verilən 60 suala 90 dəqiqə vaxt ayrılır. Bu isə zaman qıtlığı yaradır.