Mənbə: Sevil film festivalı

Gəncədə beynəlxalq film festivalı keçiriləcək

Festivalın builki buraxılışı qadın qətllərinə həsr edilib

Avqustun 25-dən 29-dək Gəncədə Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı - müstəqil, regional sənədli film festivalıdır.

Festival proqramı çərçivəsində nümayiş olunan filmlərdə gender məsələlərinə toxunulur.

Təşkilatçılar Meydan TV-yə deyiblər ki, festivalın builki buraxılışı qadın qətllərinə həsr edilib: “Məqsəd hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkməkdir. Builki sloqan “Mən bahara layiqəm” şiddətə qarşı qadın birliyi və yaxşı yaşam şərtlərinə çağırışdır”.

74 ölkədən 416 filmin daxil olduğu müsabiqədə iştirakçılar 3 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar: “Seçim komitəsi tərəfindən seçilən 21 film, ən yaxşı uzun metrajlı film, ən yaxşı qısametralı sənədli film və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Həmçinin festivalın proqramı masterklas, müzakirələr, rejissorlarla sual-cavab sessiyası, performativ teatr və interaktiv incəsənət və inkluziv tədbirlər ilə zəngindir”.

Bildirilir ki, festivalın tədbirlərinə giriş ödənişsizdir.

Tədbirdə iştirak Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.

Müsabiqə proqramının bütün filmləri orijinal dilində azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək: “Festivalın təşkilatçılıq işlərində xüsusən Gəncə və Gəncə ətrafından olan aktiv gənclər əməkdaşlığa cəlb olunub”.

Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb.

Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına təşviq etmək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xpehow

Ən çox baxılan