Eldəniz Səlimov cinayət məsuliyyətinə cəlb olunub

“Prokuror onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib”

Source: Specify Source


Prokurorluğun təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılacaq

Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığı ləğv ediləndən sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Baş Prokurorluğun İstintaq İdarəsindəki mənbənin Meydan TV-yə verdiyi məlumatda bildirilir ki, Eldəniz Səlimov artıq təqsirləndirilən şəxs qismində cəlb olunub, ona qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

“Prokuror onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib. Təqdimata Binəqədi Rayon Məhkəməsində (İstintaq İdarəsi bu rayonun ərazisində yerləşdiyinə görə-red.) baxılacaq”, – mənbə bildirib.

İyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumat Baş Prokurorluqda araşdırılıb.

Ardınca Baş Prokurorluqda Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə

səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.

E.Səlimov 2010-cu ildən Milli Məclisin üzvü olub, o, 55 saylı Xaçmaz şəhər dairəsindən mandat alıb.

Ana səhifəSiyasətEldəniz Səlimov cinayət məsuliyyətinə cəlb olunub