DİN: Qazaxda minaya düşən mülki şəxs həlak olub

Nazirlikdən 1988-ci il təvəllüdlü Məmməd Mərdanovun sentyabrın 22-də Bala Cəfərli kəndində traktorla yer şumlayan zaman həlak olduğunu bildirilir.

Mənbə: “Bizim Yol”


Bala Cəfərli kənd sakininin traktorla yer şumlayan zaman həlak olduğunu deyilir

Qazaxın Xanlıqlar kənd sakini Məmməd Mərdanovun minaya düşərək öldüyü bildirilib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Gəncə regional idarəsi press-reliz yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı Meydan TV-yə təsdiqləyib.

Nazirlikdən 1988-ci il təvəllüdlü Məmməd Mərdanovun sentyabrın 22-də Bala Cəfərli kəndində traktorla yer şumlayan zaman həlak olduğunu bildirilir.

Azərbaycan Baş Prokurorluğu avqustun 11-də yaydığı məlumatda 23 mülki şəxsin minaya düşərək öldüyünü qeyd

edib

: "36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

Bildirilir ki, həmin rəqəmlər 2020-ci il noyabrın 10-dan bu il avqustun 11-dək minaya düşən şəxslərdir.

1992-ci ildən 2021-ci ilədək Qarabağda minaların partlaması nəticəsində 639 nəfər mülki şəxs ölüb, 2 806 nəfər də yaralanıb.

Keçən ilin noyabrın 11-dən bu ilin mayın 31-dək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7449 piyada əleyhinə, 3643 tank əleyhinə mina, 9033 PHS aşkarlanıb.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlayıb.

44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayonu geri qaytarıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ana səhifəSiyasətDİN: Qazaxda minaya düşən mülki şəxs həlak olub