Mənbə: apa.az

Çingiz Abdullayev: Evdə müalicə olunuram

“Hər şey qaydasındadır, səhhətim yaxşıdır”

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev yeni növ koronavirusa yoluxub.

Yazıçı Meydan TV-yə açıqlamasında ev şəraitində müalicə olunduğunu, özünü yaxşı hiss etdiyini deyib.

“Səkkiz gün öncə xəstələnmişəm. Heç bir ağırlaşma olmayıb. Evdəyəm, karantin şərtlərinə əməl edirəm. Hər şey qaydasındadır, səhhətim yaxşıdır. İki həftədən sonra evdən çıxacağam”, - deyə yazıçı bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/voab34

Ən çox baxılan