Mənbə: Meydan Tv

“Bunlarda nə Allah qorxusu var, nə də qanun...”

Türkan sakini Natiq Məhəmmədsoyu məhkəmə həbsdən buraxmaqdan imtina etdi

Türkanda sağ ola-ola adlarına ölüm haqqında şəhadətnamə çıxarılaraq, özlərindən xəbərsiz torpaqları satılmış ahıl qadınlara yardım etmiş Natiq Məhəmmədsoyun həbsdən girov müqabilində, yaxud da ev dustaqlığına buraxılması üçün onun vəkili Cavad Cavadov məhkəməyə vəsatət verib. Aprelin 22-də Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyilə vəsatətə baxılıb.

Qapalı keçirilən məhkəmədə Natiq Məhəmmədsoy özü də iştirak edib. O, təqsirsiz olduğunu vurğulayaraq bildirib ki, onlar istər narkotik, istərsə də silah tapılması barədə ittihamda yazılanlar yalandır.

Vəkil də Natiq Məhəmmədsoyun həbsdə saxlanması üçün əsas olmadığını, istintaqa əksinə, onun təqsirsizliyini sübut edən faktlar təqdim etdiklərini deyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Xəzər Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Türkan qəsəbəsində saxta sənədlərlə torpaqları zəbt olunmuş ahıl qadınlar da Natiq Məhəmmədsoyun azadlığa buraxılmasını tələb edir. Onlar aprelin 22-də bu tələblə Xəzər rayon Prokurorluğuna gediblər. Lakin prokuror Fəxri Ələsgərov və ya başqa bir səlahiyyətli şəxs onları qəbul etməyib. Amma ahıl qadınlar prokurorun müavini Zaur Atakişiyevi təsadüfən görüb, ona fikirlərini çatdırıblar. Lakin prokuror müavini də onları dinləmək istəməyib.

“Özlərini elə aparırlar ki, elə bil qapılarına su-çörək istəməyə gəlmişik. Buralar heç kimi dədəsinin evi deyil, dövlətindir. Başa düşmürlər ki, bunların işi cinayətlərin qarşısını almaq, ədaləti təmin eləməkdir, yeni-yeni cinayətlər törədib, daha böyük ədalətsizlik eləmək yox. Camaatın gözü baxa-baxa adamı şərləyib, silah və narkotiki atıblar, üç uşağı, ailəni gözü yaşlı qoyublar. Nə var ki, bizə yol göstərib, vəkil yanına aparıb. Bunlarda nə Allah qorxusu var, nə qanun qorxusu...”, - 80 yaşlı Əzizəxanım Atayeva bildirib.

O əlavə edib ki, adına saxta ölüm şəhadətnaməsi çıxarılaraq, satılmış torpaqlarını da istəmir. İndi yeganə istəyi Natiq Məhəmmədsoyun həbsdən buraxılmasıdır: “Mən bu xəcalətlə kənddə yaşaya bilmirəm. Çünki camaatın balası mənə və mənim kimilərə kömək elədiyinə görə şərlədilər...”

Martın 5-də saxlanılan 1966-cı il təvəllüdlü Natiq Məhəmmədsoya qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama, daşıma) maddələrilə ittiham irəli sürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z7fa0i

Ən çox baxılan