Mənbə: Arxiv

Belarus apreldə Azərbaycandan neft almayıb

Məqalə "euroradio" saytında dərc olunub

Azərbaycan 2021-ci ilin birinci rübündə Belarusa 360,1 min ton neft ixrac edib. Bu rəqəmi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəisinin müavini İbrahim Əhmədov söyləyib.

Onun dediyinə görə, birinci rüb ərzində Belarusa dörd neft tankeri göndərilib. “İki tanker Türkiyənin Ceyhan limanından, daha ikisi Gürcüstanın Supsa limanından göndərilib”, – “oilcapital.ru” Əhmədovdan sitat gətirir.

O, Azərbaycanın apreldə Belarusa neft göndərmədiyini söyləyib və “yaxın günlərdə tələbat gəlmədiyini”əlavə edib.

Belarus 2021-ci ildə Azərbaycanla 1 milyon tona yaxın neft ixracatl ilə bağlı müqavilə bağlayıb. SOCAR 2020-ci ildə “Belneftexim”ə 720 min tona yaxın neft ixrac edib.

Belarus 2020-ci ildə rusiyalı tədarükçülərlə növbəti münaqişə başlayanda Azərbaycandan neft almağa başlayıb. Belarusa alternativ neft tədarükü Norveçdən, Səudiyyə Ərəbistanından, Azərbaycandan və ABŞ-dan olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jdnuga

Ən çox baxılan