Bakıda “Metro City” ticarət mərkəzində yanğın olub

Bakıda “Metro City” ticarət mərkəzində yanğın olub

Oktyabrın 16-da Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın olub.

Ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarlar Meydan Tv-yə deyiblər ki, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.

Sahibkarların bir çoxu mallarını yanğından xilas edə bilmədiklərini qeyd edirlər. Rəsmi məlumata görə, 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Yanğının baş vermə səbəbi ilə bağlı hələlik dəqiq məlumat verilmir.

Ana səhifəVideoBakıda “Metro City” ticarət mərkəzində yanğın olub