“Bakı Dövlət Sirkinin hazırladığı proqramlarda heyvanlar olmayacaq”

“Bakı Dövlət Sirkinin hazırladığı proqramlarda heyvanlar olmayacaq”

Yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirki fərqli formatda fəaliyyətə başlayacaq. Musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun və jonqlyorlardan ibarət milli truppa, həmçinin orkestri təşkil olunacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Gülşanə Mustafayeva yeniliklərlə bağlı Meydan TV-yə danışıb: “Pandemiyadan sonra istənilən parkda, istənilən bir meydanda Bakı Dövlət Sirkinin proqramlarını görə biləcəyik”.

Dünyanın 45-dən çox ölkəsində heyvanların sirklərdə çıxışına tamamilə, ya da qismən qadağa qoyulub. Əsas səbəblər kimi təlim üsullarının qəddarlığı, heyvanların uyğun saxlanma şəraitinin olmaması, səfərlər zamanı onların ölüm riskinin artması, həmçinin bu cür tamaşaçıların uşaq və gənclərin psixoloji vəziyyətinə pis təsiri göstərilib. Bakı Dövlət Sirkində heyvanlar olmasa da, pandemiyadan öncə paytaxta tez-tez başqa ölkələrdən sirklər gəlirdi. Onların arasında vəhşi heyvanların iştirakıyla göstərilən nömrələr çox idi. Sirkin mətbuat xidməti deyir ki, qurumun bundan sonrakı fəaliyyətində heyvanların nəzərdə tutulmur:

“Dünyada son illərdə heyvanların qayğısına qalmaq, onları qorumaq, mühafizəsi, azadlığı ilə bağlı müxtəlif çağırışlar olur. Yəni bunu nəzərə alaraq, Bakı Dövlət Sirkinin özünün hazırladığı, formalaşdırdığı proqramlarda heyvanlar olmayacaq”.

Bakı Dövlət Sirki 1967-ci ildə istifadəyə verilib. Əlli dörd il keçməsinə baxmayaraq, əsaslı təmir olunmayıb. Hazırda baxımsız vəziyyətdə olan sirk binasının bərpası gözlənilir.

Ana səhifəVideo“Bakı Dövlət Sirkinin hazırladığı proqramlarda heyvanlar olmayacaq”