Mənbə: Meydan Tv

Azərbaycanlı rejissor beynəlxalq festivalda münsif olub

“Bu o deməkdir ki artıq bizim kinematoqrafçıları ölkədən kənarda bir mütəxəssis kimi layihələrə cəlb edirlər”

Prodüser, rejissor Fehruz Şamıyev Türkiyədə keçirilən Diaspora Beynəlxalq Qısa Filmlər Festivalında münsif üzvü olub.

Rejissor Meydan TV-yə açıqlamasında bildirib ki, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Yurddışı Türklər idarəsinin təşkilatçılığı ilə ilk dəfədir keçirilir.

Əlavə edib ki, festivalda dünyanın müxtəlif ölkələrindən üç mindən çox film göndərilib:

“Festivalın əsas proqramında 24 film yarışırdı. Münsiflər heyətində məndən başqa Amerika, Belçika, Sloveniya, Ukraynadan olan rejissor və prodüserlər də vardı. Dünyanın müxtəlif ölkələrində diaspora fimləri var və bildirim ki, bu maraqlı bir layihədir. Burada nümayiş olunan filmlərin əsas özəlliyi odur ki, filmin qəhrəmanları öz vətənindən uzaqda yaşayan insanlardır. Festivalda türk dilində çəkilmiş filmlər proqramı vardı ki, burada xaricdə yaşayan türk vətəndaşlarının həyatı öz əksini tapırdı. Digər proqramda isə İngiltərə, Fransa, Amerika, Misirdə və başqa ölkələrdə yaşayan əcnəbi vətəndaşların həyatlarını əks etdirən bədii və sənədli filmlər yarışırdı”.

Fehruz Şamıyev bundan öncə də beynəlxalq festivalda münsiflər heyətinin sədri olub. Deyir ki, Diaspora Beynəlxalq Qısa Filmlər Festivalı digərlərindən peşəkarlığı ilə seçilib:

“Bu festivalda nümayiş olunan filmlər festivalın hazırlığı daha peşəkar səviyyədə idi. Düşünürəm ki azərbaycanlı kinematoqrafçıların ölkədən kənarda keçirilən beynəlxalq festivallarda münsif kimi iştirakı ciddi hadisədir. Bu tendensiya son 3-4 ildə daha intensiv hal alıb. Bu o deməkdir ki artıq bizim kinematoqrafçıları ölkədən kənarda bir mütəxəssis kimi layihələrə cəlb edirlər. Biz daha çox Azərbaycan kinematoqrafçılarının beynəlxalq festivallarda iştirakı ilə bağlı informasiyaları mediadan izləyirik, amma film istehsalçılarımızın festivallarda münsif qismində iştirakı da vacib amildir. Bu, həm də Azərbaycan kinosunun xaricdə müsbət imicin formalaşmasına da kömək edir. Digər tərəfdən, mənim Diaspora Beynəlxalq Qısa Filmlər Festivalında münsif kimi iştirakım həm də Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əhatə dairəsinin genişlənməsi, böyüməsi ilə də əlaqədardır. Bizim festivalın xarici əlaqələri genişləndikcə həm bizdən xaricə, eləcə də, xarici festivallardan bizim festivala qonaq gələnlərin sayı atacaq. Bütün bunlar bugünkü və gələcək Azərbaycan kinosunun inkişafına təsir göstərən ən vacib amillərdəndir. Bu əməkdaşlıqlar müştərək film istehsallarının ərsəyə gəlməsi üçün də vacib sayılmalıdır. Hazırda dünyada gedən kinoproseslər onu göstərir ki müştərək layihələr daha geniş tamaşaçı kütləsinə əlçatan olur, daha az risk tələb edir”.

Rejissor

Rejissor

Mənbə: Meydan Tv

Screenshot

Screenshot

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wgjwv5

Ən çox baxılan