Tamilla Ağamirova

Mənbə: tass.ru

Başlıq: Tamilla Ağamirova

Azərbaycanlı aktrisa Moskvada dəfn olunacaq

“Onun böyük ürəyi” filminin Səmayəsi vəfat etdi

Azərbaycan SSR-nın Əməkdar artisti Tamilla Ağamirova bu gün Moskvada Troyekurov qəbiristanlığında dəfn olunacaq.

TASS agentliyin məlumatına görə, aktrisa ilə vida mərasimi 1952-ci ildən çalışdığı “Romen” Moskva Musiqili Dram Teatrındadır.

Tamilla Ağamirova 1928-ci ildə Bakıda doğulub. 1952-ci ildən fəaliyyətini “Romen” Moskva Musiqili Dram Teatrında davam etdirib. 93 yaşlı sənətçi aktiv ictimai fəaliyyətlə məşğul olub. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, “Maski” Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri idi.

Tamilla Ağamirova 1960-cı ildə Azərbaycan Sovet Sosialist Respublikasının Əməkdar, 1982-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq artisti adına layiq görülüb.

Tamilla Ağamirova 1957-ci ildə Qriqor Kozintsovun “Don Kixot” filmindəki qrafinya Altisidora rolundan sonra məşhurlaşıb. Daha sonra “Onun böyük ürəyi” filmində Səmayə, “Əsl dost”da Bilqeyis, “Koroğlu”da Alagöz, “Matteo Falkone” filmində Cüzeppa, “Zəncirlənmiş adam” Fatma, “Yenilməz batalyon”da musiqi müəllimi obrazlarını canlandırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9435wf

Ən çox baxılan