Həsən Zeynalov

Mənbə: Vikipedia

Başlıq: Həsən Zeynalov

Azərbaycanın Əfqanıstandakı səfiri geri çağırıldı

İlham Məmmədov yeni səfir təyin edilib

Həsən Zeynalov Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 28-də sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həsən Zeynalov 2015-ci ildən Azərbaycanın Türkmənistanda və Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsində çalışır.

O, 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi, 2004-2010-cu illərdə Türkiyənin Qars, ardınca İstanbul şəhərində Azərbaycanın Baş konsulu, 2010-2015-ci illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bl4px5

Ən çox baxılan