Azərbaycanda koronavirusa yeni yoluxma: 1850 nəfər

“Aktiv xəstə sayı 14 932 nəfərdir”.

Mənbə: Meydan TV


“14 xəstə vəfat edib”

Oktyabrın 15-də Azərbaycanda 1850 adam COVID-19 infeksiyasına yoluxub, 735 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 498 630 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 476 964 nəfər müalicə olunaraq sağalıb, 6 734 pasiyent ölüb. Aktiv xəstə sayı 14 932 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 346, bu günə qədər isə 5 000 973 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yeni yoluxma: 1850 nəfər