Azərbaycanda bazar günü 1032 adam koronavirusa yoluxub

“Aktiv xəstə sayı 12 min 492 nəfərdir”.

Source: Meydan TV


"10 xəstə vəfat edib"

Oktyabrın 10-da Azərbaycanda 1032 adam COVID-19 infeksiyasına yoluxub, 1043 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaylb. Analiz nümunələri müsbət çıxan 10 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 492 min 179 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 473 min 23 nəfər müalicə olunaraq sağalıb, 6 min 664 pasiyent ölüb. Aktiv xəstə sayı 12 min 492 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 385, bu günə qədər isə 4 milyon 952 min 737 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 1032 adam koronavirusa yoluxub