ABŞ Konqresi

Mənbə: ONA.AZ

Başlıq: ABŞ Konqresi

ABŞ Azərbaycana hərbi yardımı məhdudlaşdırmaq istəyir

Nümayəndələr Palatasında iki təklifi qəbul olunub

Sentyabrın 23-də ABŞ Nümayəndələr Palatası Azərbaycanla bağlı iki təklifi qəbul edib.

Bu barədə məlumatı "Turan" yayıb.

Bildirib ki, təkliflər “erməni hərbi əsirlərin dərhal azad edilməsini tələb edən” və “Azərbaycanın hərbi cinayətlərinə və erməni vətəndaşlara qarşı qanunsuz silahlardan istifadə edilməsi barədə hesabatın hazırlanmasına çağıran” adlanır.

Məlumata görə, layihə "beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozan" xarici milli təhlükəsizlik bölmələrinə vəsaitin ayrılması haqda Pentaqonun hesabatını tələb edir.

Sənədin müəlliflərindən olan konqresmen Frank Pallonenin sözlərinə görə, layihə Azərbaycan kimi insan haqlarını pozan rejimlərə külli miqdarda pul ayıran ABŞ Müdafiə Nazirliyinə nəzarəti gücləndirəcək.

O, Pentaqonu və Dövlət Departamentini insan haqlarını pozmaqda təqsirli bilinən Azərbaycan Sərhəd Qüvvələrinə 2018-19-cu illərdə 100 milyon dollardan çox vəsait ayırmaqda günahlandırıb.

Qanuna əlavədə, habelə 2020-ci ilin Qarabağ müharibəsində istifadə olunmuş Türkiyə dronlarında ABŞ texnologiyalarından istifadə edilib-edilmədiyinin araşdırılmasını rica edilir.

Sənəd Bayden administrasiyasından Dağlıq Qarabağda həyata keçirilən bütün humanitar proqramlar, o cümlədən layihə təsvirləri, büdcələri, tərəfdaş təşkilatların siyahısı və son nəticələr haqqında məlumat verməsini tələb edir.

Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu AzadliqRadiosuna deyib ki, əlavədə "Artsax" və yaxud "Dağlıq Qarabağ Respublikası" kimi söz və ifadələrin işlədilməməsi diqqət çəkib: "Hərçənd ki, orijinal mətndə və eləcə də sənəd müəlliflərinin əvvəlki çıxışlarında bu kimi ifadələrə rast gəlmək mümkün idi. Ancaq təklif müəllifləri Qarabağ ərazisinin hər hansı statusa malik olması təsəvvürünü yarada biləcək ifadələr işlətməyiblər. Burada söhbət ərazidə həyata keçiriləcək yenidənqurma layihələrində və bölgədə həyat şəraitinin yaxşılaşdırılmasında, eləcə də, humanitar yardımlarla bağlı ABŞ-ın mümkün iştirakından gedir”.

Ələkbər Raufoğlu eyni zamanda bildirib ki, əlavədə Azərbaycanın adı birbaşa çəkilməsə də, insan haqları pozucusu olan ölkələrə qarşı yardımların hesabatı tələb edilir və bu yardımların insan haqları hesabatları ilə uzlaşdırılması ehtiva olunur: "Ancaq buna baxmayaraq, konqresmen Frenk Pallone səsvermədən sonra yaydığı bəyanatında bu kontekstdə Azərbaycanın və prezident Əliyevin adını çəkib. Bununla yanaşı, qanunda Magnitsky Aktının gücləndirilməsi və eləcə də qlobal kleptokratiyaya qarşı ABŞ tarixində ən kəskin mübarizə metodlarını ehtiva edən əlavələr də səsverməyə çıxarılaraq qəbul olunub”.

Sentyabrın 23-də qəbul edilən layihəyə Senatda baxılmalıdır.

Senatdan keçən son variant imzalanma üçün prezidentə təqdim olunur.

Bu proses isə bir neçə ay davam edə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/twadxx

Ən çox baxılan