Sübhan İbrahimov

Источник: Foto: Meydan TV

Başlıq: Sübhan İbrahimov

Şəmkir sakini: Bizi atıb gedən atam indi də evi əlimizdən alır

Статья обновлена:  19 Январь 2020

İbrahimovlar ailəsi ev çəkişməsində

“İllər öncə anamla atam boşanıb. Atam evdən gedib, başqası ilə evlənib. Gedəndə ev bərbad durumda idi. Sonradan xərc çəkdim, təmir etdirdim, əşya aldım, evləndim, içində yaşadıq. İndi məhkəməyə müraciət edib, evin yarısını alıb. Bizə deyir: “çıxın””.

Şəmkirin Qaracəmirli kəndinin sakini Sübhan İbrahimov belə deyir. Bildirir ki, atası və anası həmin evi birgə nikah dövründə tikdiriblər. O və qardaşı həmin evdə doğulub böyüyüblər, eyni zamanda, qeydiyyatdadırlar. Ancaq nədənsə kupça sənədində evdə qeydiyyatda olan iki nəfərin adı var; Atası Sürətəli İbrahimov və anası Kəmalə Hacıyeva.

“Halbuki qardaşım Kənan və mən də bu evdə qeydiyyatdayıq. İki insan boşanıb, anlayırıq. İndi onların övladları küçədə qalmalıdır? Atam arxivdən saxta sənəd alıb. Həmin sənəddə evdə 2 nəfərin qeydiyyatda olduğu göstərilir. Həmin saxta sənədlə məhkəməyə müraciət edib və udub. İndi deyir ki, ya evi satın, pulunun yarısını mənə verin, ya da çıxın, özüm yığışacam”.

Sübhan İbrahimov deyir ki, bu, ədalətsizlikdir. Çünki atası illərdir yox idi və onlar bu evdə yaşayıblar. Həmin illər ərzində qoyub getdiyi uçuq-çökük evin adını belə tutmayıb. O da arxayın olub, bütün pulunu evin təmirinə qoyub. İndi ev təmirli, yaşanası hala gələndən sonra atası evi geri istəyir:

“Halbuki indi bu evdə anam, mən, həyat yoldaşım, qardaşım və 3 övladım qeydiyyatdadır. Bu qədər insanı çölə tökmək nə qədər ədalətlidir? Hara müraciət edirik, baxmırlar. Deyirlər: “məhkəmə qərar verib”. Anlayıram. Amma məhkəmə həmin qərarı saxta sənəd üzərindən qəbul edib. Bundan əlavə, hakimi bu qədər insanın taleyi maraqlandırmayıb”.

53 yaşlı Kəmalə Hacıyeva da qərardan narazıdır. Deyir, övladları, özü ilə bərabər 2011-ci ildən gəlini və 3 nəvəsi də evdə qeydiyyatdadır. Amma kupçada ancaq 2 nəfərin adı var. Buna əsasən, məhkəmə evin 2 yerə bölünməsi ilə bağlı qərar verib:

“Biz 2004-cü ildə boşanmışıq. Ancaq kupça 2016-cı ildə, özü də 2 nəfərin qeydiyyatı əsasında çıxarılıb. Mən və keçmiş həyat yoldaşımın adı var, ancaq 2 oğlumuz yoxdur ortalıqda. 9 ildir məhkəmə çəkişməsindəyik”.

Kəmalə Hacıyeva deyir ki, evdə, mal-mülkdə gözü yoxdur. Heç o istəmir, yaşamayacaq həmin evdə. Təki oğlu və ailəsinə dəyən olmasın:

“Mən atamın evində, qardaşımın yanında yaşayıram. O evə dönmək fikrim yoxdur. Ata oğlunu, nəvələrini düşünmür, gözü dönüb, anladıq. Bəs məhkəmə niyə bu qədər insanı düşünmədən qərar verib? Onu anlaya bilmirəm. Ev pis vəziyyətdə olanda bizi atıb, arxasına baxmadan gedən adam, təmirdən, normal vəziyyətə düşəndən sonra evin davasını döyür”.

Şəmkir Rayon Məhkəməsi Sürətəli İbrahimovun lehinə qərar qəbul edib. Evi 2 yerə bölüb. Yarısı Kəmalə Hacıyevaya, yarısı ona verilib. Sübhan İbrahimov qərardan Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib. Ancaq məhkəmə işə baxmağı rədd edib”.

Şəmkir Rayon Məhkəməsindən Meydan TV-yə deyilib ki, işə baxılıb və qərar var. Bundan əlavə nəsə deyə bilməzlər:

“Biz hakimin qərarının üzərinə nə deyə bilərik? Qərardan razı deyillərsə, Gəncə Apelyasiya Məhkəməsinə müraciət edə bilərlər”.

Meydan TV Sürətəli İbrahimovla əlaqə saxlaya bilməyib. Ancaq onun iddiası ilə açılan məhkəmə sənədi ilə tanış olub. Həmin sənəddə Sürətəli İbrahimov iddia edir ki, ev onun adınadır və birgə yaşayış dövründə alındığı üçün yarısı keçmiş həyat yoldaşı Kəmalə Hacıyevaya, yarısı isə ona düşür. Ev üzərində başqa heç kim haqq sahibi deyil.

Hüquqşünas Zibeydə Sadıqova isə deyir ki, belə durumlarda çox şey hakimin qərarından asılıdır. Qanun isə evin əsas 2 nəfər arasında bölünməli olduğunu göstərir:

“Ancaq məhkəmə boşanmadan sonra uşaqların kimdə qalmasını nəzərə ala və anaya bir pay artıq verə bilərdi. Amma bu, sırf məhkəmənin daxili inamına əsaslanır”.

Övladların evdə qeydiyyatda olmasına gəlincə, Zibeydə Sadıqova deyir ki, belə olan halda evdə qeydiyyatda olan hər kəs məhkəməyə müraciət edib, həmin mülkdə yaşamaq hüququ istəyə bilər.

Ailə isə çarəsiz durumdadır. Kəmalə Hacıyeva deyir ki, ev satılsa, onlar yerdə qalan yarı pulla özlərinə heç nə ala bilməyəcəklər. Nəticədə, küçədə qalacaqlar:

“Bunun olmaması üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Yalvarıram, nə olar, bizim küçədə qalmamıza razı olmasınlar. Məhkəməyə ədalətli qərar çıxarması üçün tapşırıq versinlər. Biz evlənib, boşanmışıq. Uşaqların günahı yoxdur. Bir atanın övladlarına, nəvələrinə cəza kəsməsinə imkan verməyin. Faktiki məhkəmə saxta sənəd üzərindən qərar qəbul edib. Göstəriş verin, işə yenidən baxılsın. Övladlarım küçədə qalmasın. Onların yaşamaq üçün başqa heç bir yerləri yoxdur”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  19 Январь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/o0vdq7

Самое читаемое