Источник: Meydan TV

“Rahat” market: Soğanın qiyməti və adı sosial şəbəkədə qərəzli şəkildə silinib, paylaşılıb

Статья обновлена:  31 Март 2020

Azərbaycanda ticarət və pərakəndə satış fəaliyyəti göstərən “Rahat” supermarketi Meydan TV-nin “İnstagram” səhifəsində soğanın qiyməti ilə bağlı yayılan fotolarla bağlı açıqlama yayıb.

Meydan TV-nin “İnstagram” səhifəsinin “hekayə” bölməsində martın 29-da paylaşılan fotodan belə aydın olur ki, sözügedən supermarketdə soğanın bir kiloqramı 6 manat 95 qəpik təşkil edir. Foto Meydan TV-yə oxucuları tərəfindən göndərilib.

“Rahat” supermarketin Marketinq departamentinin rəhbəri Kənan Şirinovun adından yayılan açıqlamada deyilir:

“Bildiyimiz kimi “Hövsan” soğanı ilə məşhurdur və onun dadı da, qiyməti də digər soğan növlərindən fərqlidir. Bizim supermarketlərdə də bir neçə çeşiddə soğan var. Məsələni araşdıranda məlum oldu ki, məhsulun rəfdə olan şəklini çəkən şəxs üzərindəki adından qərəzli olaraq “Hövsan” sözünü hansısa proqram vasitəsi ilə silib, yalnız “soğan”ı və qiymətini saxlayıb. Nəticədə də məhsulun adı və qiyməti “Soğan Hövsan kq. 6.95" əvəzinə “soğan kq. 6.95” kimi paylaşılıb. Şəkilə diqqətlə baxanda “Hövsan” sözünün silinməsi açıq-aşkar görünür. Hətta şəklin üst hissəsi də kəsilib. Çünki həmin hissədə qablaşdırmada “Hövsan soğanı” yığılıb.

Kənan Şirinov onu da bildirib ki, marketdəki məhsulların qiyməti, adı və digər məlumatlar elektron qaydada, avtomatik çap olunur. Ərzaq məhsullarının üzərinə də elə vurulur:

“Qeyd edək ki, hazırda “Rahat” marketlərdə adi soğanın qiyməti 1-1.15 azn aralığındadır. Bu qiymətlərin bir-birindən fərqli olma səbəbi isə məhsulun marketlərə çatdırılma tarixləri ilə bağlıdır”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  31 Март 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/kcs19a

Самое читаемое