Qraffitə etiraz edən sakinlər: “Bu, bizim mentalitetə uyğun şəkil deyildi”

Qraffitə etiraz edən sakinlər: “Bu, bizim mentalitetə uyğun şəkil deyildi”

18 sentyabrda festivala gələnlərin diqqətini çəkən bu qraffiti bir neçə gün sonra silindi. “Transgender” adlandırılan qraffiti İsveç rəssamı Karolina Falkolt çəkib. Qraffit Sovet dövründə incəsənət kombinatı olmuş tikilinin üstünə çəkilmişdi və Avropa Birliyinin təşkil etdiyi “Qadın olmaq” adlı festivalda nümayiş etdirilmişdi. Qraffitin üstünün boyanmasına səbəb kimi ətrafda yaşayan sakinlərin şikayəti göstərilir.

Ərazidə grafitti görməyə gələn gənclər var. Onlar bu işin silinməsindən heyfslənirlər.

Festivalın təşəbbüskarı və kuratoru Səbinə Şıxlinskaya mediaya verdiyi açıqlamada bildirib ki, ərazidə yaşayan sakinlər polisə şikayət edib və nəticədə graffiti silinib. O, İsveç səfiliyinin və graffitin müəllifinin baş verənləri anlayışla qarşıladıqlarını vurğulayıb. Əvvəlcə graffitin müəllifinə təklif ediblər ki, sakinlərin qəzəbinə səbəb olan hissələri rənglərlə qapatsın, amma o özünə senzura qoymayacağını vurğulayaraq bunu etməkdən imtina edib. Tədbirin kuratoru bildirib ki, müvafiq qurumlar işə qarışaraq qrafitti siliblər.

Bəs etiraz edən sakinlər kimlərdir?

Üçüncü mikrarayon dairəsinin yaxınlığında yerləşən Alı Mustafayev küçəsi 23 ünvanına baş çəkirik. Sakinlər bildirirlər ki, qrafiiti eyvanlarından görüb əsəbiləşsələr də, bu barədə polisə şikayət etməyiblər.

Carolina Falkolt İsveçin məşhur graffiti rəssamlarından biridir. Tez-tez çılpaq qadın bədənini, xüsusən də cinsiyyət orqanlarını çəkir. Onun qrafiitiləri tez-tez səs-küyə səbəb olur.

Ana səhifəVideoQraffitə etiraz edən sakinlər: “Bu, bizim mentalitetə uyğun şəkil deyildi”