Nyu-Yorkda “Trump Place”-da dəbdəbəli mənzillərə malik olan azərbaycanlı kimdir?

Agentlik yazıb ki, bu bəyanatdan cəmi bir neçə həftə sonra, yerli KİV-lərin məlumatına görə, Axundov şirkətdən qovulub, amma müəmmalı şəkildə ötən il prezident vəzifəsinə bərpa edilib.

Source: Foto: google.az


İzlər “Silk Way” şirkətinə aparır

Emin Məmmədyarov – Azərbaycan xarici işlər nazirinin böyük oğlu Manhettenin mərkəzində yerləşən “Trump Place”-də dəbdəbəli mənzillərə malik olan yeganə azərbaycanlı deyil.

“Turan” İnformasiya Agentliyinin Vaşinqtondakı müxbirinin Nyu-Yorkun Maliyyə Departamentinin əldə etdiyi hesabatlarına əsasən, “Rushmore” binasında 3,3 milyon dollar dəyəri olan mənzil (N 31A) Zaur Axundov adlı başqa bir azərbaycanlıya məxsusdur.

Bu, Nyu-Yorkda “80 Riverside Boulevard” ünvanında yerləşən iki binadan ibarət böyük yaşayış kompleksidir. Binada hovuz, fitnes və spa xidmətləri, bilyard zalı, velosipedlər üçün otaq, teatr, əyləncə kompleksi və s. var.

Bu yaxınlara qədər Axundovun çox vaxt Trampın binası adlandırılan “Riversayd” bulvarı 120 ünvanında da 2 mln. dollar dəyəri olan daha bir mənzili (N 9S) var idi. Göründüyü qədər, o, bu mənzili 2013-cü ildə – 3,3 mln. dollarlıq yeni mənzili aldıqdan dərhal sonra satıb.

“Turan” Agentliyi qeyd edib ki, Zaur Axundovun şəxsiyyətini dərhal müəyyən etmək mümkün olmayıb. Amma Nyu-Yorkun Vergilər Departamentinin məlumatlar bazasında yer alan 2013-cü ilin satış sözləşməsində Axundov “The Wicks Group” şirkəti ilə əlaqələndirilib. Bu, ABŞ-da Azərbaycanın “Silk Way” aviasiya şirkətinin maraqlarını təmsil edən aviasiya hüquq və konsaltinq şirkətidir.

“Wicks Group”-un direktoru Qlenn Viks ötən ilin sonlarında adı Zaur Axundov olan “Silk Way” holdinqinin prezidenti də daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxslə birlikdə Bakıda 8-ci Caspian Air Cargo sammitində iştirak edib.

Şərh almaq üçün Axundovla və Wicks Group-la telefon əlaqəsi saxlamağımız mümkün olmayıb. “Silk Way” qrupu da Turan-ın sorğusuna cavab verməyib”, – agentlik yazıb.

Silk Way Airlines-in 2018-ci ilin sentyabrında “Prnewswir”-də dərc edilmiş press-relizinə əsasən, cənab Axundov “Silk Way”-in yaradılmasında həlledici rol oynayıb, ilk gündən “Silk Way” komandasının lideri olub və çoxillik dəyərli təcrübəsini Azərbaycanda aviasiya sənayesinin yaradılmasına həsr edib”.

Agentlik yazıb ki, bu bəyanatdan cəmi bir neçə həftə sonra, yerli KİV-lərin məlumatına görə, Axundov şirkətdən qovulub, amma müəmmalı şəkildə ötən il prezident vəzifəsinə bərpa edilib.

“Bununla belə, Nyu-Yorkdakı mənzilin əsrarəngiz sahibinin şaiyələrə görə ölkənin ali rəhbərliyi ilə sıx əlaqələri olan özəl “Silk Way” şirkətinin rəhbəri ilə eyni şəxs olub-olmadığı tam aydın deyil.

Qərargah-mənzili Bakıda yerləşən “Silk Way Holding” şirkətlər qrupu uzun illər ərzində qalmaqallardan uzaq olmaq, şirkətin nüfuzunu qoruyub saxlamaq üçün həddindən artıq ehtiyatlı olub. Amma bu yaxınlarda məşhur müxalifətçi Tofiq Yaqublunun siyasi həbsi ilə əlaqədar şirkətin adı ictimai diqqət cəlb edib. O, “Silk Way”-in idarə etdiyi onlarla şirkətdən biri olan “Silk Way Construction”-un əməkdaşı Elxan Cəbrayılovun şikayət əsasında “xuliqanlıqda” ittiham olunub və həbs edilib. ABŞ və Avropa Şurası Bakını Yaqublunu azad etməyə çağırıb, amma hakimiyyət bu müraciətlərə məhəl qoymayıb”, – “Turan”ın yazısında bildirilib.

Ana səhifəSiyasətNyu-Yorkda “Trump Place”-da dəbdəbəli mənzillərə malik olan azərbaycanlı kimdir?