MHP başqanı Şuşada məktəb açmaq istəyir

MHP başqanıbu il yanvarın 30-da məktəbin bünövrəsinin qoyulmasını təklif edir.

Source: Hurriyet.com.tr


Bahçeli məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini istəyir

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Devlet Bahçeli Şuşada məktəb açmaq niyyətində olduqlarını deyir. Partiya rəhbəri bu barədə öz “Twitter” hesabında paylaşım edib:

“Əgər Prezident Rəcəb Tayyib Ərdoğan icazə verərsə, Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də uyğun görərsə, şəxsən mənim təlimatımla “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada 9 fənn üzrə məktəb inşa etmək hədəfimiz var. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcəyik və lazım olan işlər təcili görüləcək”.

Bahçeli məktəbə azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin adının verilməsini istəyir. MHP başqanıbu il yanvarın 30-da məktəbin bünövrəsinin qoyulmasını təklif edir.

Ana səhifəSiyasətMHP başqanı Şuşada məktəb açmaq istəyir