Lavrov Azərbaycanla Ermənistanı atəşkəsə əməl etməyə çağırıb

Oktyabrın 17-də baş tutan telefon danışığında Qarabağdakı son vəziyyət müzakirə edilib.

Source: Meydan TV


Rusiyanın XİN rəhbəri: "Moskva razılaşmasına əməl etmək vacibdir"

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefonla danışıb.

Oktyabrın 17-də baş tutan telefon danışığında Qarabağdakı son vəziyyət müzakirə edilib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat

verilib

.

Lavrov həm Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı, həm də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu Moskva razılaşmasına əməl etməyə çağırıb.

"Rusiya XİN rəhbəri tərəflərin humanitar məqsədlər üçün atəşkəsə dair Moskva razılaşmalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb", – xəbərdə deyilir.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə yenidən kəskinləşib, hazırda Qarabağda döyüşlər gedir.

Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir.

Oktyabrın 10-da tərəflər Moskvada Sergey Lavrovun iştirakı ilə humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edirlər.

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.

Ana səhifəSiyasətLavrov Azərbaycanla Ermənistanı atəşkəsə əməl etməyə çağırıb