Источник: Reuters

Gürcüstan pravoslav kilsəsi aqressiv qrupları dəstəkləyir

Tbilisidə iğtişaş: LGBTQ+ fərdlərinə qarşı zor tətbiq olunub

Material JAMnews saytında dərc olunub.

Tbilisidə homofob qruplar müxalifətə və jurnalistlərə hücum çəkib

Tbilisidə Pride həftəsi çərçivəsində iyulun 5-nə təyin olunmuş “Ləyaqət marşı”nın əleyhdarı olan homofob qruplar bir neçə həftə əvvəl müxalifət tərəfindən parlament binası qarşısında erkən seçkilər tələbi ilə qurulmuş çadırları dağıdıb.

Olaya səbəb Baş nazir İrakli Qaribaşvilinin Pride Tbilisi həftəsinin təşkilinin arxasında müxalifətin və Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin durması barədə bəyanatı olub.

İfrat sağçı qrupların nümayəndələri Baş nazirin çıxışından dərhal sonra, gündüz saat 12 radələrində parlamentə yaxınlaşaraq, zorla çadırları sökməyə başlayıblar.

Onlar baş verənləri çəkməyə gələn jurnalistlərə də hücum ediblər. Belə ki, “Formula”, “Rustavi-2” telekanallarının və “Tabula”, “Netqazeta”, “Palitra” onlayn-dərclərinin jurnalistləri fiziki və söz təhqirlərinə məruz qalıb, avadanlıqlara zərər dəyib. Digər jurnalistlərə həmçinin işləməyə mane olublar.

Etiraz iştirakçıları medianı “əxlaqsız həyat tərzini təbliğ etdiklərinə” görə cəzalandırdıqlarını bəyan edib.

Homofob qrupların dağıtdıqları çadırların birində sabiq prezident Mixael Saakaşvilinin böyük portreti olub. Həmin portretin üzərində Saakaşvilinin tezliklə Gürcüstana qayıdacağı barədə sitatı yazılıb. Hücum çəkənlər dəyənəklərdən istifadə ediblər.

Müxalifətin çadırlarını dağıdan qrupların arasında “Pravoslav valideynlər ittifaqı”, “Gürcü marşı” sağ təşkilatları və öz homofob bəyanatları ilə məşhur olan ultrasağ biznesmen-siyasətçi Levan Vasadzenin tərəfdarları olub.

“Onlar üzümüzə tüpürürdülər, bizi təhqir edirdilər, bəziləri döyürdülər. Onlar etdikləri hər şeyə görə bağışlanacaqlarını bilirlər. Onlar çox cəsarətlə hərəkət edirlər. DİN olduqca gec reaksiya verdi. Biz parlamentə yaxınlaşanda orda, ümumiyyətlə, hələ polis yox idi”, – hansısa sağ qrup tərəfdarı tərəfindən yaralanan Dea Mamiseişvili (Birinci kanalın jurnalisti) deyib.

13.00-da artıq parlamentin qarşısında polis olub. Gürcü mediasının verdiyi xəbərə görə, polislər aşkar şəkildə azdır. Hadisə yerində xüsusi təyinatlılar yoxdur.

Bütün gürcü kanalları olayları birbaşa yayımlayır – belə ki, tamaşaçılar sağ qrupların jurnalistlərə qarşı amansız aqressiyasını müşahidə edə bilirlər: onlara birbaşa yayım zamanı hücum çəkir və senzuradan kənar leksika tətbiq edirlər.

Tbilisidə, mərkəzi Rustaveli prospektində vəziyyətin gərginləşəcəyini gözləmək olardı: LGBT- fəallar homofobiya əleyhinə və istənilən seksua meylli insanların bərabərliyinə dəstək olan Pride həftəsinin sonu kimi bu gün “Ləyaqət marşı” elan ediblər.

Pride həftəsi Tbilisidə iyulun 1-i Gürcüstandakı gender azlıqların üzləşdikləri problemləri göstərən sənədli filmin nümayişi ilə başlayıb. Ultrasağ və homofob qruplar, o cümlədən kilsə xadimləri filmin nümayişinə mane olmağa cəhd edib. Polis sıx sədd quraraq, onlara mane olub. Polislə toqquşma nəticəsində 20 nəfər saxlanılıb.

Tbilisidə “Ləyaqət marşı”nın keçirilməsini istəməyən ultrasağ qruplar hələ iyulun 5-i səhər “Tbilisi Pride” təşkilatının ofisinə gəlib, binaya şüşələr və tikinti tullantıları atıb.

Pride ideyalarına aşkar rəğbət bəsləyən müxalif “Bədnamlıq” vətəndaş təşkilatının ofisinin qarşısında eyni aksiya keçirilib.

Gürcüstan pravoslav kilsəsi aqressiv qrupları dəstəkləyir. Məhz kilsə Pride marşının keçirilməsinə mane olmaları üçün öz üzvlərini küçəyə çıxmağa səsləyib.

Gürcüstan hökuməti indiyədək Pride həftəsinin və “Ləyaqət marşı”nın keçirilməsini qadağan etməyib, hərçənd bu aksiyaları vaxtsız və sabitliyi pozmağa cəhd kimi qiymətləndirib.

Hərçənd iyulun 5-i qiymətləndirmələr dəyişib. Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında “Ləyaqət marş”ına qarşı çıxış edib. O, təşkilatçıların arxasında o cümlədən Mixael Saakaşvilinin dayandığını söyləyib.

“Biz onların məqsədini bilirik: ölkədə vətəndaş qarşıdurması və xaos yaratmaq. Amma onlar, sözsüz ki, buna müvəffəq olmayacaqlar, biz buna yol verməyəcəyik”, – Qaribaşvili deyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/leko95

Самое читаемое