“Başqa yerlərdə artistlərə gül verirlər, hörmət edirlər, bizim isə qazancımız söyüş olur”

Filmdə Məcnun partiyasını oynamağa hazırlaşan Sarabskinin “Mən başlamışam artıq dəlilərə göz qoymağa”, yaxud “Başqa yerlərdə artistlərə gül verirlər, hörmət edirlər, bizim isə qazancımız söyüş olur”, – və sair bu kimi sitatları diqqət çəkir.

Source: Specify Source


Hüseynqulu Sarabskinin 140 illik yubileyi qeyd olunub

Azərbaycan peşəkar musiqi teatrının banilərindən olan Hüseynqulu Sarabskinin 140 illiyinə həsr edilən “Qəlblərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.

Hüseynqulu Sarabski adına Mərkəzi Mədəniyyət Evində reallaşan mərasimdə xalq artistinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında “Qalalı” mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova “Leyli və Məcnun” operasından məktəb səhnəsini ifa ediblər.

Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, “Leyli və Məcnun” operasından səhnəcik təqdim olunub.

Azərbaycanın görkəmli opera müğənnisi olan Hüseynqulu Sarabski (1879-1945, Bakı) aktyor, rejissor, pedaqoq, teatr xadimi kimi də fəaliyyət göstərib. 1908-ci ildən “Nicat” cəmiyyəti nəzdində “Müsəlman Opera truppası”nın yaradıcılarından biri və solisti, Məcnun (“Leyli və Məcnun”), Şeyx Sənan (“Şeyx Sənan”), Kərəm (“Əsli və Kərəm”), Sərvər (“O olmasın, bu olsun”), Şah İsmayıl və başqa partiyaların ən yaxşı ifaçılarından olub.

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) avtobioqrafik filmdə Hüseynqulu Sarabski obrazı öz koloritliyi ilə seçilib. Filmdə Sarabski obrazını xalq artisti Mikayıl Mirzə canlandırıb.

image_from_ios.jpg
Tədbirdə Hüseynqulu Sarabskinin ifasında “Qalalı” mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova “Leyli və Məcnun” operasından məktəb səhnəsini ifa ediblər

Filmdə Məcnun partiyasını oynamağa hazırlaşan Sarabskinin “Mən başlamışam artıq dəlilərə göz qoymağa”, yaxud “Başqa yerlərdə artistlərə gül verirlər, hörmət edirlər, bizim isə qazancımız söyüş olur”, – və sair bu kimi sitatları diqqət çəkir.

Ana səhifəMədəniyyət“Başqa yerlərdə artistlərə gül verirlər, hörmət edirlər, bizim isə qazancımız söyüş olur”