Azərbaycanda bir gündə koronavirusa yoluxma: 3169 nəfər

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.

Source: Meydan TV


26 nəfərin öldüyü bildirilir

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Bildirilir ki, indiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 079 nəfər vəfat edib, aktiv xəstə sayı 25215 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirusa yoluxma: 3169 nəfər