Источник: google

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr hansılardır?

Статья обновлена:  14 Январь 2020

Beynəlxalq pasport reytinqində Azərbaycanın yeri

“HenleyPartners” şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib. Reytinq siyahısı müxtəlif ölkələrin vətəndaşlarının standart pasportla vizasız, ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilib.

3 ildir ki, Yaponiya birinci yeri tutur. Bu ölkənin vətəndaşları vizasız (və ya ölkəyə gəldikdən sonra viza almaqla) 191 dövlətə səfər edə bilir. Bu, ötən ilkindən bir ölkə çoxdur.

Sinqapur 190 ölkə göstəricisi ilə 2-ci yeri qoruyub. Cənubi Koreya bir ildə bir bənd geriləyib və indi Almaniya ilə birlikdə 3-cü yeri (189 istiqamət) tutur.

ABŞ və Böyük Britaniya reytinqdə geriləməyə davam edir. Bir il ərzində onlar 6-cı mövqedən 8-ci mövqeyə keçib (184 vizasız ölkə). Beş il əvvəl hər iki ölkə indeksdə birinci yeri tuturdu. Finlandiya və İtaliya 188 ölkə, Danimarka, Lüksemburq və İspaniya 187 ölkə göstəricisi ilə 5-ci yeri bölüşür. İndeksin tarixi uğuru BƏƏ-nin stabil yüksəlişidir. Son 15 ildə ölkə 47 sətir yüksəlib və hazırda 171 vizasız ölkə göstəricisi ilə 47-ci yeri tutur.

Əfqanıstan əvvəlki kimi indeksin autsayderidir. Ölkə vətəndaşları cəmi 26 ölkəyə vizasız səfər edə bilir.

Azərbaycan iki sətir geriləyib və 74-cü yerdən 76-cı yerə keçib. Eyni zamanda, Azərbaycan vətəndaşları dünyanın 67 ölkəsinə vizasız səfər edə bilir, bu, bir il əvvəl olduğundan 1 ölkə çoxdur. Filippin də eyni göstəriciyə malikdir. Bir il ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız səfər etmək hüququ əldə edib. Eyni zamanda, Benin və Cibuti ilə vizasız səfər haqqını itirib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Avropa Birliyinə üzv olmaq Baltikyanı ölkələrə xüsusi üstünlük yaradıb. Estoniya, Latviya və Litvanın vətəndaşları müvafiq olaraq dünyanın 119-121 ölkəyə vizasız gediş-gəliş etmək və yaxud da sərhəd qapısında viza əldə etmək hüququna malikdir.

100-dən çox ölkəyə vizasız səfər etmək və yaxud da sərhəd qapısında viza əldə etmək hüququ MDB-nin 4 ölkəsinə (Ukrayna, Moldova, Rusiya və Gürcüstan) də məxsusdur:

“Azərbaycana gəlincə, ölkə vətəndaşları Ermənistan vətəndaşları ilə müqayisədə daha çox 5, Gürcüstan vətəndaşları ilə müqayisədə isə daha az 49 ölkəyə vizasız səfər edə və ya sərhəddə standart pasportu təqim etməklə viza ala bilərlər”.

İqtisadçı deyir ki, vizasız gediş-gəliş həm də dünyaya inteqrasiya göstəricisi hesab olunur:

“Azərbaycanla Avropa Birliyi (AB) arasından “Viza rejiminin sadələşdirilməsi haqqında” Saziş 2013-cü ilin noyabr ayında və Readmision Sazişi 2014-cü ilin fevral ayında imzalanıb. Hər iki müqavilə 2014-cü ilin sentyabrından qüvvəyə minib. Lakin indiyə qədər AB və Azərbaycan arasında Assosiasiya Sazişi imzalanmadığına görə, ölkə vətəndaşları Avropaya moldovanlar, ukraynalar və gürcülər kimi vizasız səyahət edə bilmirlər. Bu da son nəticədə Pasport İndeksində Azərbaycanın mövqeyinə mənfi təsir göstərir”.

“Henley & Partners” şirkətinin əvvəllər Viza Məhdudiyyətləri İndeksi kimi məşhur olan Pasportlar İndeksi yerdəyişmə azadlığı səviyyəsinə görə ölkələrin beynəlxalq reytinqidir. İndeks 2006-cı ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə dərc olunur.

Cədvəl

Cədvəl

Источник: Passport index

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  14 Январь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ei4n8a

Самое читаемое