Source: google

Xalq Cəbhəsi Partiyasının fəalı 15 sutkalıq inzibati həbs edilib

“Karantin başladıqdan sonra 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib”

Bakının Qaradağ rayon məhkəməsi mayın 29-da Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.

O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

AXCP-dən bildiriblər ki, Əmirov AXCP lideri Əli Kərimlinin cangüdəni olaraq qaldığına görə saxta, siyasi motivli ittihamla həbs edilib. Əmirov apreldə karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilmişdi.

AXCP-nin sədr müavini Seymur Həzi bildirib ki, hazırda Kərimlinin üç cangüdəni və bir köməkçisi həbsdədir. Karantin başladıqdan sonra 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib, daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/pw0rpn

Most Viewed