Baş Prokurorluq

Source: arxiv

Caption: Baş Prokurorluq

Vəzifəli şəxsin rüşvət alarkən cinayət başında yaxalandığı deyilir

Article was updated on :  18 November 2020

Bu barədə məlumatı Azərbaycan Respublikasının Baş Prokurorluğu yayıb

Həmin şəxslərdən biri Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovdur.

Baş Prokurorluq bildirir ki, Fərhad Dəmirovm sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Asif Məlikovdan oğlundan 1200 manat pul istəyib.

Prokurorluq bildirir ki, bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb:

"Keçirilmiş əməliyyat zamanı məlum olub ki, Fərhad Dəmirov noyabrın 17-də filialın inzibati binasında vətəndaşdan sürücüsü Şəhriyar Qeybullayev vasitəsilə 1200 alıb. Onlar cinayət başında yaxalanıblar. Fərhad Dəmirovun xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülüb".

Baş Prokurorluğun apardığı araşdırmaya görə, Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanmış, 17 sentyabr 2003-cü il tarixdə ehtiyata buraxılmış və 25 oktyabr 2013-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə rəy verilmiş Asif Məlikova 6 min 600 manat məbləğində icbari sığortanın ödənilməsi haqqında Nəsimi rayon məhkəməsinin müvafiq qərarının icra edilməsi müqabilində Dövlət Sığorta Kommersiya şirkətinin

Toplanmış material üzrə 17 noyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluq bildirir ki, hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.

"Öz fəaliyyətlərində yol verdikləri qanunsuzluqlarla dövlət orqanlarının nüfuzuna xələl gətirən, onların uğurlu fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində müvafiq tədbirlər davam etdirilir".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  18 November 2020
Featured in:  
Shortlink:   http://mtv.re/hdfw6i

Most Viewed