Trans qadın:”Polis evdən çıxmağımız üçün bizə təzyiq göstərir”

Trans qadın:”Polis evdən çıxmağımız üçün bizə təzyiq göstərir”

İyunun 9-da 3 trans qadın Ombudsman Aparatının önündə etiraz ediblər. Onlar idda edirlər ki, gender kimliklərinə görə hazırda kirayə qaldıqları mənzildən çıxarılırlar. Qadınlar deyirlər ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları onları döyərək evdən çıxarıblar.

Ombudsman Aparatının Ümumi şöbəsinin müdiri İbrahim Abdullayev onları qəbula dəvət edib. Şikayətçilər Ombudsman Səbinə Əliyevanın qəbuluna düşmək istəsələr də, qəbul şöbəsində ərizə yazılandan sonra yola salındıqlarını deyiblər.

Beynəlxalq hesabatlara əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır.

Ana səhifəVideoTrans qadın:”Polis evdən çıxmağımız üçün bizə təzyiq göstərir”