Şahzadə Çarlzın koronavirusa tutulduğu bildirilir

Kraliçanın koronavirus testindən keçdiyi məlum deyil.

Source: Foto: google.ru


O, özünü evində karantinə alıb

“Şahzadə Çarlz koronavirus testindən müsbət cavab alıb və Şotlandiyadakı evində özünü təcrid edib”, – “Guardian” xəbər verir.

71 yaşlı Çarlzın yaxşı ruh halında olduğu deyilir və o, işləməyə davam edir.

Həkimlər onun 13 martda yoluxduğunu güman edirlər. O, axırıncı dəfə kraliçanı 12 martda görüb.

Onun son ictimai tədbiri də martın 12-də olub. O vaxtdan bəri şahzadə fərdi görüşlər keçirib.

Bukingam Sarayı deyib: “Kraliça sağlamdır. Kraliça sonuncu dəfə Uels şahzadəsini 12 mart səhəri qısa zaman kəsimində görüb və sağlamlığı ilə əlaqədar bütün lazımi tövsiyələrə əməl edir”.

Kraliçanın koronavirus testindən keçdiyi məlum deyil.

Çarlz Monako Şahzadəsi Albert ilə martın 10-da Londonda Su Yardımı tədbirində görüşüb. Şahzadə Albert beş gün əvvəl koronavirus testindən müsbət keçdiyini bildirmişdi.

“Clarence House” deyib ki, Çarlzın çox məşğul iş cədvəli səbəbiylə necə yoluxduğunu təyin etmək mümkün deyil.

Çarlz bazar ertəsi günü yaş və tibbi vəziyyəti nəzərə alınaraq test olunub. Nəticələr çərşənbə axşamı əldə edilib. Rəsmi məlumatlarda qeyd edilir ki, onun vəziyyətinin daha ciddi hala keçmə ehtimalı azdır. O, ilk simptomları həftəsonu göstərib.

Hersoginya da (Cornwall) testdən keçib, onda virus aşkarlanmayıb. Hökumətin və tibbi məsləhətlərə uyğun olaraq şahzadə və xanımı indi Şotlandiyada evlərində özlərini təcrid edirlər. Şahzadənin simptomları haqda açıq məlumat verilmir, onun vəziyyətinin mülayim olduğu bildirilir.

Ana səhifəDünyaŞahzadə Çarlzın koronavirusa tutulduğu bildirilir