Source: Google

Rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı işdən çıxarılıb

Article was updated on :  14 January 2020

Yük maşını sürücülərindən “post pulu” alan polislə bağlı nazir əmr verib

Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin “APA” agentliyinə verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr verib.

Vüqar Mehdiyev rüşvət almaqda şübhəli bilinir.

Bir müddət öncə Meydan TV-də, sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub.

Polis: "Əmi canı 10 manatdır"

Sosial şəbəkələrdə polisin rüşvət aldığı daha bir video paylaşılır. Videodan məlum olur ki, polis yük maşınlarını yola buraxmaq üçün rüşvət tələb edir. Hadisənin Masallıda yerləşən yeni DYP postunda baş verdiyi, rüşvət tələb edən polisin isə Vüqar Mehdiyev olduğu deyilir.

Publicerat av Meydan Tv Fredag 27 december 2019

Polis: "Əmi canı 10 manatdır"

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  14 January 2020
Featured in:  
Shortlink:   http://mtv.re/13186g

Most Viewed