Gülalı Əhmədov qızı Səmayla

Source: Foto: Meydan tv

Caption: Gülalı Əhmədov qızı Səmayla

“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”

Article was updated on :  9 December 2019

Sabirabad sakini: “Əlillik və ünvanlı sosial kartlarım hazırda sələm götürdüyüm adamlardadır”

“Ailədə altı qardaş, dörd bacıyıq, aralarında sınıqçıda ən çox mən olmuşam. Hələ uşaqlıqda bir balaca büdrəyib, yıxılan kimi qolum-qılçam sınırdı.

1995-ci ildə əsgərlik yaşım çatanda, məni tibbi müayinə etdikdən sonra həqiqi hərbi xidmətə aparmadılar. 1998-ci il dava-qırğınla özüm könüllü əsgər getdim. Əsgərlikdə olanda gördüm ki, yox, qaçmaq bir yana, heç sürətlə addımlaya bilmirəm. Yenə də əhəmiyyət vermədim. Əsgərliyimi Ağdamda çəkirdim, bizim kazarmanın qapısı-pəncərəsi yox idi. Soyuqdan ayaqlarım şişməyə başladı, həmin vaxt səhhətimlə əlaqədar komissiya çağırıldı, vəziyyətimin ağır olduğunu bildirdilər, sonra da evə buraxıldım. Bununla belə, ağır xəstəliyimin olmasından xəbərsiz idim”.

Bu sözləri Meydan TV-yə Sabirabad rayonu, Yenikənd sakini Gülalı Əhədov deyir. Söyləyir ki, əsgərlikdən qayıdandan bir neçə il sonra ailə qurub Bakıya köçüb:

“Düşündüm ki, şəhərdə özümə bir güzəran quraram. Lakin 2007-ci ildə məni küçədə maşın vurub qaçdı. Ayaqlarım sınmışdı, bel sümüklərim qırılıb, dəridən bayıra sallanmışdı. O vəziyyətdə sağ qalmağım möcüzə idi. İki dəfə Respublika Klinik Xəstəxanasında, iki dəfə isə Mərkəzi Klinikada əməliyyat olundum. Mərkəzi Xəstəxanda ayağımı kəsmək istədilər, razılaşmadım. Kəndə gəldim, sınıqcı iki dəfə sümüyümü sındırdı ki, təzədən düz bitişsin. Çünki xəstəxanada müalicəm düzgün aparılmamışdı. Daha sonra Mərkəzi Xəstəxanada çanağımdan sümük götürüb, ayağıma, köçürdülər. Yenə də sağalmırdım, əksinə, xəstəliyim kəskinləşirdi, ayağımda vətərlər sümükdən qopurdu. Tükiyədə əməliyyatla ayağıma vətər köçürüldü.

İki il yataq xəstəsi olmuşam, tərpənə bilmirdim. Qəzadan sonra sümüklərim başladı keyfiyyətini itirməyə. Sümüklər tamamilə əridi, fəqərənin dördü sındı. Qabırğalarım əyilib, ciyərimə girmişdi. Sümüyün analizini götürəndə, sanki bizi pendirə soxurdular. O dərəcədə sümüklərim elastikləşmişdi. Xəstəliyim osteoparoza (sümük toxumasının zədələnməsi, deformasiyası və sınığı ilə nəticələnən skeletin metabolik xəstəliyi – red) oxşayır, amma həmin xəstəlik deyil. Çox təəssüf ki, Azərbaycanda həkimlər bu xəstəliyin nə olduğunu tapa bilməyiblər. Onurğa cərrahı Toğrul Cəlilovun müalicəsi mənə müəyyən dərəcədə kömək oldu.

2007-ci ildən bu günə kimi səhhətimlə əlaqədar dostlarım, yaxınlarım, rayon camaatının köməkliyi ilə 136 min manat pul xərclənib. Son 1,5 aydır ki, səhhətim normallaşıb. Kənd camaatının sayəsində bu gün ayaq üstəyəm. Piyada on beş-iyirmi metr gəzirəm, dirənirəm. Əvvəllər iki qoltuqaltı əsayla gəzirdim, indi şükür, birini atmışam. Sümüklərimdə ərimə dayanmırdı, deformasiyaya uğrayıb, əyilib ciyərlərimə batırdı. Həkimlər sümüyümə iynə vurub, dondurdular”.

MRT müayinə protokolu

MRT müayinə protokolu

Source: Foto: Meydan tv

Gülalı Əhədovun bir oğlan, bir qız övladı var. Dediyinə görə, həkimlər doqquz yaşlı Səmanın da atasının xəstəliyinin daşıyıcısı olduğunu müəyyən ediblər:

“Qızımda təxminən 1,5 il əvvəl ağrılar vardı. Öz-özümə deyirdim, bu gün-sabah həkimə apararam. Amma pul olmurdu. Uşaqda kəskin ağrılar başladı, çığırırdı, ağrıdan tərpənə bilmirdi. Toğrul həkimin yanına apardım, müayinə etdi, dəli oldu, dedi ki, uşaqda da eyni səndəki xəstəlikdəndir.

Qızımın sümüyündə ərimə iyirmi dörd faizə çatıb. Osteoparoza uyğun edilən müalicənin də uşağa xeyri cüzi, lap az olur. Körpədir, ürəyim gəlmir ki, ona da iynə vurdurum, sümüklərini dondurum. Mən bu gün varam, sabah yoxam. İstəyirəm ki, balamı müalicə etdirim, tam sağalsın, mənim də gözüm arxada qalmasın. Doqquz aydır ki, uşaq dəmir paltarda, korsetdə yatır, şiddətli ağrıları olur”.

Atanın dediyinə görə, Səmanın səhhəti çox ağır olduğu üçün iki ildir məktəbə gedə bilmir, dərslərindən geri qalıb:

“Sinif otaqları çox soyuq olduğu üçün qız orada skolioz (onurğa sütununun əyriliyi-red) oldu. Bədəni ayaqlarına ağırlıq edir, gücü çatmır, özünü idarə etməyə. Gəzə bilmir, anası həyətə əlindən tutub düşürür. On bir aydır ki, uşağı müalicə etdiririk, bu vaxta qədər 11 min manat pul xərclənib, amma heç bir nəticəsi yoxdur. Bu xəstəliyin müalicəsinin İsraildə və Almaniyada mümkün olduğunu deyirlər. Əslində, böyük məbləğ tələb olunmur. Otuz beş min manat lazımdır. Amma mənim də bu qədər pulum yoxdur.

Bu dəqiqə 30 min manata yaxın, kreditim, sələmim, borcum var. Əvvəlki icra başçısı sağ olsun, ünvanlı sosial yardım almağıma köməklik etmişdi. Birinci qrup əliləm. Əlillik və ünvanlı sosial kartlarım hazırda sələm götürdüyüm adamlardadır. İki-üç yerə kredit ödəyirəm. Sələm götürüb, banklara verirəm ki, yalançı çıxmayım. Dərmanlara görə hər ay pul lazım olur, borcu-borca calayıram. Birindən borc alıram, digərindən sələm, kredit. Həmin pullar da yığılıb, 30 min manat edib. İkiotaqlı evimi 35 min manata satılmağa qoymuşam. Rayon yerində kimdir onu alan?

Rentgen müayinəsi

Rentgen müayinəsi

Source: Foto: Meydan tv

Həyat yoldaşım Tünzalə Əhədova da epilepsiya (nevroloji patalogiya-red) xəstəsidir. Ailənin yükü bütünlüklə onun üzərindədir. Evin, həyət-bacanın işlərini təkbaşına görür. Onu da deyim ki, yoldaşıma da, qızıma da əlillik düşür, lakin Sabirabad Rayon Mərkəzi Xəstəxanası onlara əllilik dərəcəsi vermək istəmir.

Bu dəqiqə mənim üçün ən vacib uşağımın həyatını xilas etməkdir. Prezidentə, Birinci-vitse prezidentə müraciət edirəm, bizə köməklik etsinlər, uşağımın həyatını xilas edim”.

Sabirabad Rayon Mərkəzi xəstəxanasından məsələyə münasibət öyrənmək mümkün olmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  9 December 2019
Featured in:  
Shortlink:   http://mtv.re/1r97hr

Most Viewed