Paşinyan iki generalı vəzifəsindən azad edib

İki il əvvəl korrupsiyaya qarşı mübarizə dalğasında hakimiyyətə gələn Paşinyan bazar ertəsi günü orduda vəziyyəti müzakirə etmək üçün hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib.

Source: google.az


Ermənistanda əsgər ölümləri Baş naziri hərəkətə keçirib

Ermənistanın Baş naziri Nikol Paşinyan əsgər ölümlərinin kəskin artması ilə bağlı tənqidlərdən sonra Müdafiə Nazirliyinin iki yüksək rütbəli hərbçini vəzifələrindən azad edib.

“The New York Times” xəbər verir ki, vəzifələrindən azad edilənlər hərbi polisin rəisi Artur Bağdasaryan və ordunun kadr şöbəsinin müdiri Aleksan Aleksanyandır. İki il əvvəl korrupsiyaya qarşı mübarizə dalğasında hakimiyyətə gələn Paşinyan bazar ertəsi günü orduda vəziyyəti müzakirə etmək üçün hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib.

Rəsmi statistikaya görə, ilin əvvəlindən müxtəlif səbəblərə görə qeyri-müharibə şəraitində 13 hərbi qulluqçu ölüb. Ölüm səbəbi olaraq xəstəlik, intihar göstərilir. “Zhoghovurd” qəzeti və digər yerli media orqanları xəbər verirlər ki, keçmiş prezident Sarkisyan tərəfindən təyin olunan Bağdasaryanın işdən çıxarılma səbəbi onun 2018-ci il inqilabı zamanı dinc etirazçılara qarşı güc tətbiq etmək niyyətinin olması ilə bağlı fərziyyələrdir.

Ana səhifəDünyaPaşinyan iki generalı vəzifəsindən azad edib